Həbib Nurməhəmmədovun külli miqdarda borcu olduğu üzə çıxdı

Həbib Nurməhəmmədovun külli miqdarda borcu olduğu üzə çıxdı

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədovun Rusiya Federal Vergi Xidmətinə (FTS) 309,7 milyon rubl borcu var.

 

Sfera.az bildirir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, may ayında borcun məbləği 306 milyon olub və bir ay ərzində 3,5 milyon artıb.

 

"Vergi orqanları Nurməhəmmədovun əmisi oğlu Umara məxsus iki şirkətdə hesabları bloklayıb. Bu tikinti şirkəti və kəndli fermasıdır. Həbibin digər əmisi oğlu Əbubəkərin isə ləğv edilmiş iki fərdi sahibkarlıq fəaliyyəti və külli miqdarda borcu var", - məlumatda deyilir.

 

Nurməhəmmədovun məşq etdiyi hazırkı UFC çempionu İslam Mahaçovun vergi borcu olmadığı qeyd edilir. Həbib özü vəziyyəti şərh etmir.


OXŞAR XƏBƏRLƏR