Dolu təyyarənin bir hissəsini parçaladı

Dolu təyyarənin bir hissəsini parçaladı

Avstriyanın “Austrian Airlines” aviaşirkətinə məxsus Airbus A320 təyyarəsi Mayorkadan Vyanaya uçarkən güclü doluya məruz qalıb. Dolu ön şüşəni yarıb və təyyarənin burnunu dağıdıb. Hadisə bazar günü, iyunun 9-da baş verib.

 

Sfera.az bildirir ki, təyyarə hava radarlarında görünməyən tufan cəbhəsinə düşüb.


Təyyarə bir qədər gecikmə ilə havaya qalxıb. Uçuş zamanı bəzi turbulentlik olsa da, sərnişinlər ekstremal vəziyyət olmadığını qeyd edib. Lakin Vyanaya planlaşdırılan gəlişdən təxminən yarım saat əvvəl güclü sarsıntı hiss olunub. “Airbus A320” tufan qarşısında tab gətirə bilməyərək, “uçub”. Kokpitin ön şüşələri tamamilə çatlarla örtülü olub.

 

Pilot təyyarənin ön şüşəsinin qırıldığını bildirib. 

 

“Mən demək olar ki, kor-koranə Vyana hava limanına enməli oldum. Sərnişinlər də öz növbəsində problemin miqyasını yalnız enişdən sonra qiymətləndirə biliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb”.

 

“Airbus A320” ildırım altında qalıb.

 

Dolu ön şüşəni qırdıqdan sonra pilot dispetçerlərə qəza siqnalı verib. Uçuşa nəzarət hadisəni təsdiqləyib. Eyni zamanda, onlar ds  heyrətlə tufanın hava radarında görünmədiyini bildirir.

 

Dolu nəticəsində təyyarənin iki ön salonun pəncərəsi, burnu və bəzi panelləri zədələnib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...

“İranın nüvə silahı olmayacaq” - Netanyahu

“Biz İranın nüvə layihəsini ləğv etmişik və əgər kimsə onu canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət e...

Rusiyada dollar və avro BAHALAŞDI

Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi ölkədə dollar və avronun rəsmi məzənnələrini qaldırıb.   Sfera.az xəbər verir ki, bu barədə RBM-in saytında ...

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.   Sfera.az...

12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı - Neçə nəfər ölüb?

İran 12 günlük münaqişə nəticəsində İsrailə 550-yə yaxın raket və 1000-dən çox pilotsuz uçuş aparatı atıb.   Sfera.az xəbər verir ki, bunu İsrail Baş...