Qadın ölümdən sonra həyata qayıtdı: Mələklərlə danışdığını iddia edir

Qadın ölümdən sonra həyata qayıtdı: Mələklərlə danışdığını iddia edir

Əczaçı Julie Poole klinik ölümdən sonra cənnətə düşdüyünü bildirib. Poole bəşəriyyətin taleyi ilə bağlı mələklərin sözlərini çatdırıb. O, mələklərin onunla ünsiyyət qurduğunu və bütün bəşəriyyəti gələcəkdə nə gözlədiyini onunla paylaşdıqlarını bildirib. 


Sfera.az bildirir ki, Julie, Yerə geri göndərilməzdən əvvəl onu sakitləşdirən ağ və parıldayan bir varlıq ilə danışdığını iddia edir. Bu zaman İngilis qadın tam rahatlıq hiss edib, bütün narahatlıqları birdən-birə yox olub. 

 

Əsrarəngiz fiqur qadına "Geri qayıtmağın vaxtıdır. Çox da xoş olmayacaq, amma hər şey yaxşı olacaq. İstəyirəm, biləsən ki, mən sənin dostunam, istədiyin vaxt mənimlə danışıb kömək istəyə bilərsən".


Julienin sözlərinə görə, bu onun gələcək həyatını müəyyənləşdirib.  Qarşıda onu bir çox çətin sınaqlar gözləyib, xüsusən də qız 21 yaşında intihara cəhd edib.

 

 

"Fiziki, zehni, cinsi və emosional olaraq tamamilə məhv olmuşdum. Həyatımda məna kəsb edən yeganə istiqamət mənəviyyatla bağlı idi"- deyə qadın izah edir.

 

Ölümdən sonra keçirdiyi hissləri xatırlayan qadın “yuxarı aləmlərdə” mələklərlə danışıqlarını təsvir edir.

 

"Evə gedirəm" dediyimi xatırlayıram, cavabında: 

 

“Yox, getməyəcəksən, vaxtın hələ gəlməyib”-dedilər. 


Üç gündən sonra qadın mələklərdən gələn xəbərlə qəfil öz cisminə qayıtdığını deyir.

 

“2032-ci ilə qədər bəşəriyyət üçün hamıya bərabərlik gətirəcək yeni "Qızıl Dövr"ün başlanğıcı olacaq. Yalan, saxta, yalançı və korrupsioner hər şey çökəcək”.

 

Julienin fikrincə, insanlar arasındakı münasibətlər nə qədər pisləşirsə, qiyamət gününə bir o qədər yaxınlaşırıq.

 

“Hakimiyyətdəki rüşvətxor məmurlar ifşa olunacaq, tutulacaq və qovulacaq. Bunun müqabilində qəlbi təmiz, niyyəti pak insanlar gələcək”- ekstrasens əlavə edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR