Məşhur “Şrek” ulduzu vəfat etdi

Məşhur “Şrek” ulduzu vəfat etdi

Məşhur Hollivud ulduzu, müğənni və aktyor Jan-Pol Vinyon 89 yaşında vəfat edib.

 

Sfera.az bildirir ki, “Şrek” və “500 gün yay” filmlərinin ulduzu uzun müddətdir, qaraciyər xərçəngi ilə mübarizə aparırdı. O, Fransada anadan olub. Edit Piaf üçün açılış aktyoru kimi çıxış edən sənətçi, sonralar Hollivuda köçərək, Liza Minnelli və Vudi Allenlə birlikdə çalışıb.

 

Ailəsi aktyorun martın 22-də Beverli-Hillzdə dünyasını dəyişdiyini bildirib.

 

İfaçı karyerasına Fransada başlayıb. Burada gecə klublarının ulduzuna çevrilən müğənni, tezliklə Nyu-Yorka köçüb. “The Blue Angel” klubunda debüt edən sənətçi, stand-up komediyaçısı Vudi Allenlə birlikdə işləyib.

 

Ed Sullivanın estrada şousunda göründükdən sonra isə şöhrəti artan Jan-Pol gənc Liza Minnelli ilə yaddaqalan duetə imza atıb. 


Aktyor həm də Conni Karson və Merv Qriffin tok-şoularının daimi iştirakçısı olub.

 

Onun ABŞ-da debüt albomu "Çünki Səni Sevirəm" 1964-cü ildə işıq üzü görüb. 3 il sonra "Şeytan briqadası" adlı döyüş filmində rol alaraq böyük ekranlara çıxıb.

 

Jan-Pol özünü aparıcılıqda da sınayıb. O, uzun müddət Kanadada “The Sensual Man” adlı televiziya şousunun aparıcısı olub.

 

Fransız tamaşaçıları üçün Amerika filmlərinin dublyajını da edib. 1994-cü ildə “Los Angeles Times” ulduz haqqında:

 

"Romantik oxuyan fransızın Amerika obrazını təcəssüm etdirdiyini" yazmışdı.


Jan-Pol 2018-ci ildə yazdığı “Efiopiyadan Utopiyaya” adlı xatirə kitabında Amerikada uğur qazanmaq istəyi haqqında yazırdı: “Mənim macəra ruhum mənə: “Marko Polo Çinə getməkdən çəkinmədi, Henri Morton Stenli Mərkəzi Amerikanı araşdırmaqdan çəkinmədi. Kristofer Kolumb Amerikanı kəşf etmək üçün qərbə getməkdən çəkinmədi... ona görə də indi ABŞ-ı kəşf etmə növbəsi mənimdir”-deyirdi. 

 

O, həmçinin məşhur "Gilmore Girls" və "Həyatımızın Günləri" seriallarında rol alıb. Həmçinin "Shrek" və "500 Days of Summer" filmində personajları səsləndirib. 

 

Jan-Pol uzun müddət sevgilisi Susie Summers və qızı Marguerite Vignon Gallun himayəsində yaşayıb.


Qeyd edək ki, onun 1989-cu ildə vəfat edən amerikalı aktrisa Brigid Bazlenlə evliliyindən başqa bir qızı Lüsi Brunk da var.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Terror təşkilatlarını hansı ölkələr maliyyələşdirir? - SİYAHI

Son onilliklər ərzində beynəlxalq təhlükəsizlik üçün əsas təhdidlərdən biri terrorizmin artması və yayılması olub. Bu təhdidin daha da dərinləşməsində terror qr...

15 May - Beynəlxalq Ailə Günüdür

15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1993-cü ildən etibarən təsis edilən bu günün məqsədi ailə i...

Putinlə Ənvər İbrahim arasında “taxt” dialoqu - VİDEO - FOTO

Moskvaya səfər edən Malayziya Baş naziri Ənvər İbrahimlə Rusiya Prezidenti Vladimir Putin arasında maraqlı və gülməli dialoq yaşanıb.   Sfera.az &ldq...

Yaşıl Dünya hərəkatında Azərbaycanın rolu

May ayının 15-i bütün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Belə bir xüsusi günün təsis edilməsində əsas məqsəd indiki və gələcək nəsillərin rifahına ...

Koronavirus yenidən QAPIDA - Yoluxmalarla bağlı SON RƏQƏMLƏR

Xəbər verdiyimiz kimi, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub. Nazir bu səbəbdən Bakıda keçirilən “Caspian Agro...

İranla ABŞ münasibətləri bundan asılı olacaq - Tramp şərtləri açıqladı

ABŞ Prezidenti Donald Tramp İranla münasibətləri normallaşdırmaq üçün şərtlərdən birini açıqlayıb.  Tramp bildirib ki, İran Yaxın Şərqdəki silahlı qru...