“Rusiya tank, zirehli texnika və mərmi istehsalını xeyli artırıb” - Ozdoyev

“Rusiya tank, zirehli texnika və mərmi istehsalını xeyli artırıb” - Ozdoyev

Ukrayna ilə aparılan müharibə Rusiyada silah istehsalının bir neçə dəfə artmasına səbəb olub. 


Sfera.az xəbər verir ki, bununla bağlı açıqlamanı jurnalistlərə Rusiyanın ən böyük müdafiə sənayesi şirkəti olan “Rostex”in Silah, Sursat və Xüsusi Kimya Sənayesi direktoru Bekxan Ozdoyev açıqlayıb. 


O deyib ki, müxtəlif silah növlərinin istehsal miqdarı 2-10 dəfə, bəzi silah növlərinin istehsalı isə hətta on dəfələrlə artıb. Ozdoyevin sözlərinə görə, Ukrayna müharibəsi Rusiya müdafiə məhsullarının istehsalında partlayışa səbəb olub.


Şirkət rəsmisi iddia edib ki, Rusiya müdafiə sənayesi çox yaxşı vəziyyətdədir və bütün istehsal müəssisələrində “bacalar tüstülənir”:

 

“Şirkətlər dövlət müdafiə sifarişlərini yerinə yetirərək gecə-gündüz çalışır. Tank, yüngül zirehli maşın, çoxsaylı reaktiv yaylım atəşi sistemləri və optik avadanlıqların istehsalı kəskin şəkildə artıb. Xüsusən “Kindjal”, “İskəndər” və “Pantsir” üçün raket, eyni zamanda digər partlayıcılar, top və tank mərmisi kimi əsas məhsulların istehsalı xeyli artıb”. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Sabah şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU

Sentyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhə...

Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi b...

Tramp 700 illik həbs cəzası ala bilər

ABŞ məhkəməsi ölkənin keçmiş prezidenti Donald Trampı dələduzluqda təqsirləndirib.   Sfera.az bildirir ki, bu barədə "Reuters" məlumat yayı...

Bakının bu qəsəbəsində su olmayacaq - XƏBƏRDARLIQ

Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün Bakının Suraxanı qəsəbəsinin bir hissəsinə (İ.Şükürov, H.Bayramov, Z.Əliyev, E.Həsənov, M.Must...

Bakıda marşrut avtobusu qəza törətdi - VİDEO

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, hadisə bu gün saat 10:30 radələrində Ziya Bünyadov prospekində qeydə alınıb. ...

11 şəhidimizin şəxsiyyəti müəyyənləşməyib

Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 19-20-da həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində şəhid olan 11 nəfərin şəxsiyyəti Məh...