Ermənistanda seçkilərdə kütləvi qanunsuzluqlar aşkarlandı

Ermənistanda seçkilərdə kütləvi qanunsuzluqlar aşkarlandı

Bu gün Ermənistanın paytaxtı İrəvanın Ağsaqqallar Şurasına (mer) keçirilən seçkilərdə kütləvi qanunsuzluqlar aşkarlanıb.

 

Sfera.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Müstəqil müşahidəçi” ictimai alyansının nümayəndəsi, “Məlumatlı Vətəndaşlar İttifaqı” ictimai təşkilatının proqram koordinatoru Daniel İoannisyan İrəvan Ağsaqqallar Şurasına seçkilərin müşahidəsinin aralıq nəticələrini təqdim edib.

 

O, qeyd edib ki, əsasən hakim “Mülki Müqavilə” Partiyası tərəfindən törədilən 48 qanun pozuntusu qeydə alınıb.

 

“Bir çox yerlərdə səsləri toplayan, seçicilərə zəng edərək məntəqəyə çağıran “sahibkarların” fəallığını görürük. Bu, əsasən, “Mülki Müqavilə” tərəfindən geniş yayılıb. Elə yerlər var ki, bu işi koordinasiya edən kriminal avtoritetlər dairəsindən olan şəxsləri müşahidə etdik. Məsələn, Kanaker-Zeytun inzibati rayonunda kriminal avtoritetlərlə əlaqəsi olan konkret şəxsin məntəqədən məntəqəyə getdiyini, hər bir məntəqədə və ya ondan kənarda “Mülki müqavilə”nin nümayəndələri ilə görüşdüyünü qeyd edirlər”, - İoannisyan bildirib.

 

Qeyd edək ki, Ermənistan Prokurorluğu seçkiöncəsi dövr ərzində təşviqat kampaniyası zamanı qanun pozuntuları ilə bağlı 17 nəşri, məlumatı və bəyanatı araşdırıb. Bunu Ermənistan Mərkəzi Seçki Komissiyasında keçirdiyi brifinqdə Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin şöbə rəhbəri Edqar Arsenyan avqustun 23-dən 15 sentyabra qədər olan dövr üçün məlumatları təqdim edərkən deyib.

 

On yeddi məlumat və bəyanatların 7-si baxılması üçün polisə göndərilib. Yeddi işdən 5-i rüşvət alma və ya mitinqdə iştiraka məcbur etmə (və ya bundan imtina etmə), biri seçkiqabağı dövrdə siyasi partiyalar tərəfindən xeyriyyəçilik fəaliyyəti ilə bağlı qadağanın pozulması və s. pozuntularla bağlı olub.

 

Bundan başqa, xeyriyyəçiliklə bağlı qadağanın pozulması ilə bağlı daha iki bəyanat Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərilib.

 

Bu gün seçkilər başlayandan saat 14:00-dək 4 ərizəyə baxılıb, onlardan biri təkrar səsvermə cəhdi ilə bağlı olub.

 

Bununla yanaşı, seçkilərdə fəallıq da aşağı olub. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, seçkilərdə seçicilərin cəmi 28,46 faizi iştirak edib.


OXŞAR XƏBƏRLƏR

ADY: "Sumqayıt-Bakı qatarında problem yaranıb"

Bu gün Sumqayıtdan saat 08:10-da çıxan 6010 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarının havalandırma sistemində texniki problem yaranması səbəbindən qatarda...

Dövlət Gömrük Komitəsi ilə bağlı QƏRAR

Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin...

Bakıdan Xankəndinə növbəti humanitar yardım yola salındı

Sentyabrın 26-da növbəti humanitar yardım Xankəndinə yola salınıb.   Sfera.az-ın məlumatına görə, 4 yük maşını 40 ton unu, gigiyenik vasitələri,...

Mərkəzi Klinika: "Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qalır"

"Pasiyentimiz Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir". ...

Azərbaycanda 40 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ

Ağcabədi rayonunda 40 yaşlı kişini ildırım vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Gələbədin kəndində baş verib.   Kənd sakini, 1...

Adapteri “tok”a taxanda partlayış oldu - Ər-arvad öldü

Kürdəmir rayonunda ər və arvadının ölümü ilə nəticələnən partlayış baş verib.   Sfera.az xəbər verir ki, dünən günorta saatlarında rayonun Çöhra...