Tokayev ABŞ-a getdi

Dünya
15:41 / 17.09.2023
5434
Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Nyu Yorka səfər edib.
Sfera.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
O, BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi müzakirələrində çıxış edəcək, həmçinin Mərkəzi Asiya-ABŞ sammitində iştirak edəcək.
Tokayevin bir sıra dövlətlərin rəhbərləri, beynəlxalq təşkilatların rəhbərləri və transmilli şirkətlərin rəhbərləri ilə görüşü nəzərdə tutulub.