Efirdə jurnalistə icazəsiz toxunan ispan həbs olunub - VİDEO

İspaniyada Madrid polisi canlı televiziya reportajı zamanı ispan jurnalistə cinsi qısnamada şübhəli bilinən bir kişini həbs edib.
Sfera.az bildirir ki, sentyabrın 12-də İspaniyanın “Cuatro” televiziya şəbəkəsinin müxbiri İsa Balado Madriddə silahlı soyğunçuluq hadisəsi barədə canlı reportaj hazırlayarkən bir nəfər arxadan ona yaxınlaşıb və bədəninin aşağısına toxunduğu görünür.
Jurnalist canlı reportajını davam etdirməyə çalışsa da, verilişin aparıcısı Naço Abad onun sözünü kəsərək kişinin ona hücum edib-etmədiyini soruşub. Balado hücumu təsdiqləyəndə həmkarı bu “axmağı” lentə almağı xahiş edib.
Jurnalistin ona müraciət etməzdən əvvəl kişinin gülümsədiyini görmək olub.
"Hansı kanalda olduğumuzu soruşmaq istəyirsənsə, doğrudan da yanıma toxunmağa ehtiyac varmı? Canlı yayımdayam və işləyirəm"-deyə jurnalist bildirib.
Kişi ona toxunduğunu inkar edib və qısa mübahisədən sonra çıxıb gedib.
Cümə axşamı İspaniya Milli Polisi Tvitter hesabında bir nəfərin çərşənbə axşamı "televiziya çəkilişi zamanı müxbirə cinsi qısnama etdiyi" üçün həbs edildiyini bildirib. Hesabatda kişinin əli qandallı şəkildə çıxarıldığı göstərilir.
Hadisə İspaniya rəsmiləri tərəfindən geniş şəkildə qınaqla qarşılanıb.
Əmək naziri Yolanda Diaz sosial mediada jurnalistlərin bu cür cinsi hücumlara dözmək məcburiyyətində qalması və təcavüzkarların kamera qarşısında peşman olmamasının dəhşətli deyib.
"Bu cəzasız qala bilməz"-deyə o bildirib.
Aynil
Sfera.az