Qadın bu şəklinə görə 60 kiloqram arıqladı

Qadın bu şəklinə görə 60 kiloqram arıqladı

Böyük Britaniyanın 35 yaşlı sakini Nikki Forbes 60 kiloqram arıqlayaraq heyrətamiz şəkildə dəyişib. Qadın mediaya öz motivasiya hekayəsini danışıb.

 

Sfera.az bildirir ki, Britaniyalı qadının dediyinə görə, dönüş nöqtəsi onun 6 yaşlı qızının təsadüfi çəkdiyi fotoşəkil olub. Bu kadrı ilk dəfə görəndə o, özünü belə tanıya bilməyib. Məhz bundan sonra qadın hər şeyi dəyişməyə qərar verib.

 

Qızının şəkli Nikki Forbes üçün motivasiya mənbəyi olub. O, qəfildən artıq çəkisi ilə bağlı nəsə etmək qərarına gəlib və qarşısına iddialı bir məqsəd qoyub: 60 kiloqramdan qurtulmaq.

 

"Fotolarıma baxırdım və onların arasında oturub qəhvə içən şəklim də var idi. Mən bu qədərmi dəyişmişəm? Həqiqətən belə görünürəm?" – o an britaniyalı qadın düşünüb.

 

O, qida rasionunq diqqət etməyə, onu daha sağlam hala gətirməyə başlayıb. Niki daha sağlam qida seçimi etməyə çalışmaq üçün kaloriləri hesablayıb və qidalanma məlumatlarını yoxlayıb. Əvvəlcə o, cips və fast food kimi zərərli qidalardan imtina edib. Qadın həftədə bir dəfə qadağan olunmuş qidalar siyahısından bir şeyə icazə verib, lakin həmişə gündəlik kalori qəbuluna diqqət edib. 

 

Ciddi məşq rejimi olmamasına baxmayaraq, Nikki gündəlik tapşırıqlar yerinə yetirərək və kalori qəbulunu azaltmaqla irəliləyiş əldə edə bilib.

 

İki illik belə intizamlı pəhrizdən və ağır fiziki fəaliyyət göstərmədən sonra Niki məqsədinə çata bilib.

 

"O qədər artıq çəkiyə malik idim ki, hətta adi gündəlik məşğuliyyətlər belə çoxlu kalori yandırırdı. Ona görə də sadəcə pəhrizimi nəzarətdə saxlayaraq arıqladım".

 

Nikki artıq çəkisi ilə rahatdır və övladları ilə daha çox aktiv həyata vaxt ayıra bilir, bununla da çox fəxr edir.

 

Aysel


OXŞAR XƏBƏRLƏR