Gözəlliyi və cəsarəti ilə dünyada fenomeninə çevrilmiş rusiyalı səfir - Natalya Poklonskayanın həyatı və başına gələnlər

Gözəlliyi və cəsarəti ilə dünyada fenomeninə çevrilmiş rusiyalı səfir - Natalya Poklonskayanın həyatı və başına gələnlər

Bir müddət internet fenomeni olan, uğurları və gözəlliyi ilə bütün dünyada məşhurlaşan Natalya Poklonskaya 2014-cü ildə Krımın baş prokuroru təyin olunarkən mətbuata verdiyi müsahibənin görüntüləri ilə dünyada məşhurlaşmışdı.

 

Sfera.az “Dünyanın ən gözəl səfiri” hesab edilən Natalya Poklonskayanın həyatı, internetdəki viral məqamları və siyasi karyerası haqqında təfərrüatları təqdim edir.


2014-cü ildə Rusiya prezidenti Vladimir Putin tərəfindən Krımın baş prokuroru təyin edilərkən dünyada sensasiya yaradan rusiyalı Natalya Poklonskayanı xatırlayırsınız.


O zamanlar internet fenomeninə çevrilən uğurlu qadına və onun gördüyü işlərə daha yaxından nəzər salaq…
 

1980-ci il martın 18-də Sovet İttifaqının Mixaylovka şəhərində anadan olan qadının ailəsi Krım əsillidir, tam adı Natalya Vladimirovna Poklonskayadır.


1990-cı ildə ailəsi ilə birlikdə Krımın Gözleve şəhərinə köçən qadın 2002-ci ildə buradakı Beynəlxalq Münasibətlər Universitetini bitirib.


Məktəbi bitirdikdən sonra o, Ukrayna Prokurorluğunda Krım Respublikası prokurorunun köməkçisi kimi siyasi fəaliyyətə başlayıb. Dörd il Krımda vəkil köməkçisi işləyib.


2011-ci ildə o, “Saki” futbol klubunun keçmiş meneceri Ruvim Aronovun mühüm işində dövlət ittihamçısı kimi iştirak edib və bu iş zamanı onun başına dəhşətli hadisə gəlib.


Aronov Kiyevdən kənarda yerləşən mütəşəkkil cinayətkar qrup olan Başmaqi dəstəsinin lideri olduğu üçün mühakimə olunurdu. Olduqca təhlükəli hesab edilən dəstədə şantaj, soyğunçuluq, adam oğurluğu və qətl hadisələri olub.
 

Həmin ilin dekabrında Poklonskaya Yaltadakı evinin pilləkən qəfəsində hücuma məruz qaldıqda qismən üz iflici keçirib və bu, dəstənin günahı hesab olunub.


Hadisədən sonra o, Ukrayna Baş Prokurorluğuna böyük prokuror vəzifəsinə keçirilib.


Dünya miqyasında şöhrət qazanmazdan əvvəl Poklonskaya "neofaşistlərin küçələrdə sərbəst gəzdiyi ölkədə yaşamaqdan utandığını" bildirərək istefa verib! Lakin onun istefası qəbul edilməyib və əvəzində ona məzuniyyət vaxtı verilib.


O, 2014-cü il martın 11-də Krımın Muxtar Respublika Prokuroru təyin edilib və mətbuat konfransının YouTube görüntüləri ona dünya şöhrəti gətirib.


Əvvəla, Yaponiya və Çin kimi ölkələrin internet istifadəçilərinin diqqət mərkəzində olan video qısa zamanda Reddit kimi sosial şəbəkələrdə böyüyərək viral olub.


Poklonskayanın mətbuat konfranslarından və müsahibələrindən olan kadrlarla çəkilmiş klipə 45 milyon dəfə baxılıb.


Eyni dövrdə, hətta Poklonskayanın öz cizgi filmi personajları da yaradılıb, çünki asiyalı pərəstişkarları onu cizgi personajları ilə müqayisə edirdilər.
 



Onun şəxsi həyatı haqqında çox şey məlum deyil. 2014-cü ildə dünya mətbuatının gözü onun üzərində olanda o, həmin vaxt nişanlısından ayrıldığını və Anastasiya adlı qızı olduğunu açıqlamışdı.
 

2018-2019-cu illər arasında o, 47 yaşlı İvan Solovyev adlı kişi ilə bir il evli olub.


Onun şəxsi həyatı Rusiya mediasının diqqətini daim çəkib. Müsahibəsində ona “əsl kişi necə olmalıdır?' soruşurdular.




"Mənim üçün kişi nəcib olmalıdır, yanındakı qadını sevilən, incə və gözəl hiss etdirməlidir. Əsl kişidə təkəbbürdən, bayağılıqdan əsər-əlamət qalmamalıdır".


Natalya da deyir ki, o, öz gözəlliyini alət kimi görür!


“Görünüşüm heç vaxt mənə maneə olmayıb və ümid edirəm ki, bu, düşmənlərimi təəccübləndirəcək”.

2021-ci ildə Afrika ölkəsi Kabo Verdeyə səfir təyin olunan gözəl siyasətçi sosial media hesabında etdiyi paylaşımlarla pərəstişkarlarını məlumatlandırmağa davam edir.
 

O, hətta pandemiya dövründə canlı yayımları ilə də gündəmə gəlib...

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Çak Norrisin anası 103 yaşında vəfat edib - FOTOLAR

Hollivud aktyoru Cak Norris bu gün “İnstaqram”da pərəstişkarları ilə kədərli xəbər paylaşıb. Sfera.az bildirir ki, məşhur ulduz anası Vilmanın ...

Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...

Dekabrın 3-də Sumqayıtda baş verən partlayış zamanı xəsarət alanlardan biri bu gün ölüb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, partla...

Məşhur ticarət mərkəzinin yaxınlığındakı yol sürücüləri çaşdırır -VİDEO

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.   Sfera.az xəbər verir ki, bu dəfə Qaradağ rayonunda yerləşən "Meyvəli...

“Beşiktaş” “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Superliqasının XV turu çərçivəsində İstanbul derbisi baş tutub.   Sfera.az xəbər verir ki, “Beşiktaş” öz meydanında “Fənərb...

Lavrov Suriya qərarını elan etdi: Addımlar atacağıq!

Bu gün İran və Türkiyə ilə güclü çağırış etmək barədə razılığa gəldik və bu çağırışa əməl olunmasını təmin etmək üçün bəzi xüsusi addımlar atacağıq.   ...

Xərçəng riskini artıra bilən ən təhlükəli qızartma yağları

Qızartma üçün istifadə olunan bəzi yağlar yüksək temperaturda parçalanaraq toksik maddələr yarada bilir. Bu maddələr, xüsusilə uzun müddətli və təkrar istifadəd...