Tarix yazdı: 6,5 milyon funt sterlinq itirən, həbsxanada yatan və küçədə yaşayan adam - FOTO

Tarix yazdı: 6,5 milyon funt sterlinq itirən, həbsxanada yatan və küçədə yaşayan adam - FOTO

Böyük Britaniyadan olan Li Rayan həbsdə yatıb və Milli Lotereyadan qazandığı 6,5 milyon funt sterlinqlik bütün uduşlarını itirib.


O, gətta malikanəsini itirdikdən sonra küçələrdə yaşamağa məcbur olsa da, həyatı alt-üst olsa da, indi ehtiyacı olanlara kömək edir.


Sfera.az bildirir ki, böyük məbləğdə cek-potu qazanan Li Rayan pulu nəhəng malikanəyə, iki Ducati motosikletə, bir helikopter, bir neçə dəbdəbəli avtomobil və təyyarəyə xərcləyib. 2010-cu ilə qədər adam tamamilə müflis olaraq, evsiz qalıb.


Böyük Britaniyada həbsxanada cəza çəkən ilk lotereya qalibi olmaqla tarix yazan oğlan ev rəssamı və dekoratoru kimi yenidən ictimaiyyətin qarşısına çıxıb.


1995-ci ildə Li Ryan Milli Lotereyada 6,5 milyon funt sterlinq qazanıb. 2010-cu ilə qədər o, müflis olaraq, evsiz qalıb və Qərbi London küçələrində görünüb. Britaniyalı lotoreya qalibi olduqdan cəmi 9 ay sonra avtomobil oğurluğuna görə həbs edilib.


Bununla belə, elit təbəqəli evlərdə ev rəssamı kimi yeni işində göründükdən sonra onun taleyi yaxşılığa doğru dəyişməyə başlayıb. 63 yaşlı mütəxəssis yenidən böyük hesablı qələbə qazanmaq niyyətindədir.


"Mən mənəvi milyarderəm - həmişəkindən daha xoşbəxtəm. Yenə vaxtım olsaydı, evsizlər üçün otel açardım. Onda hiss edirsən ki, dəyərli bir iş görmüsən. Mən cazibə qanununa inanıram, ona görə də düşünürəm ki, yenə qalib gələcəm, amma bu, mənim üçün əvvəlkindən daha çox məna kəsb etməyəcək. Bilirəm ki, bu qəribə səslənir, amma mənə heç nə lazım deyil”- deyə keçmiş milyonçu bildirib.


Qələbədən sonra həbs onun üçün ilk olmayıb: 1986-cı ildə o, artıq bir dəfə həbsdə olub.


Rayan iddia edir ki, oyun zamanı milyonçu olmaq üçün dua edib və sonunda 2, 13, 22, 27, 29 və 46 nömrələri ilə qalib gəlib. 2003-cü ildə ayrıldığı sevgilisi Karen Taylor ilə milyonlar qazanıb. Yıldız (Julduz) Cangaraçeva adlı yeni bir qadınla tanış olaraq, qadının vətəni Qırğızıstanda yaşayıblar. Burada uğursuz investisiya üçün 2 milyon funt sterlinq xərcləyiblər.

 

"Pulum olanda düşünürdüm ki, bu mənim istədiyim, dua etdiyim şeydir. İnsanlar həmişə düşünürlər ki,"Ah, sabah qazansam, o zaman mənim dərdlərim bununla bitəcək.Belə deyil, bu sizin qayğılarınızın başlanğıcıdır. Görəcəksiniz ki, həyatınızda, hətta öz ailənizdə də dəyişikliklər başlayacaq".


İndi Li evsizlər üçün sığınacaqda işləyir və onlara kömək edir. Qeyd edək ki, Britaniyalı bir neçə il əvvəl də EuroMillions lotereyasında 5413 funt sterlinq alaraq növbəti dəfə lotereyada qalib gəlib və qazandıqlarının hamısını evsizlər üçün xərcləyib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Çak Norrisin anası 103 yaşında vəfat edib - FOTOLAR

Hollivud aktyoru Cak Norris bu gün “İnstaqram”da pərəstişkarları ilə kədərli xəbər paylaşıb. Sfera.az bildirir ki, məşhur ulduz anası Vilmanın ...

Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...

Dekabrın 3-də Sumqayıtda baş verən partlayış zamanı xəsarət alanlardan biri bu gün ölüb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, partla...

Məşhur ticarət mərkəzinin yaxınlığındakı yol sürücüləri çaşdırır -VİDEO

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.   Sfera.az xəbər verir ki, bu dəfə Qaradağ rayonunda yerləşən "Meyvəli...

“Beşiktaş” “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Superliqasının XV turu çərçivəsində İstanbul derbisi baş tutub.   Sfera.az xəbər verir ki, “Beşiktaş” öz meydanında “Fənərb...

Lavrov Suriya qərarını elan etdi: Addımlar atacağıq!

Bu gün İran və Türkiyə ilə güclü çağırış etmək barədə razılığa gəldik və bu çağırışa əməl olunmasını təmin etmək üçün bəzi xüsusi addımlar atacağıq.   ...

Xərçəng riskini artıra bilən ən təhlükəli qızartma yağları

Qızartma üçün istifadə olunan bəzi yağlar yüksək temperaturda parçalanaraq toksik maddələr yarada bilir. Bu maddələr, xüsusilə uzun müddətli və təkrar istifadəd...