Ermənilər Sarkisyanın dirəkdən asılmasını tələb edirlər

Ermənilər Sarkisyanın dirəkdən asılmasını tələb edirlər

 

Cinayətkar Serj Sarkisyan rejiminin işğalçı Ermənistana rəhbərlik etdiyi illər ərzində düşmən ölkə istər regional, istərsə də beynəlxalq miqyasda təcrid olunub. Ölkə daxilində yaranan acınacaqlı vəziyyət artıq böhran həddinə çatıb. Xalqın sosial-iqtisadi durumunun getdikcə pisləşməsi təkcə yerli əhalinin deyil, xarici ölkələrdə yaşayan erməni ziyalılarının, diaspor təşkilatlarının da narazılığına səbəb olub. İstər Ermənistana məxsus, istərsə də xarici KİV-də mövcud hakimiyyətin apardığı siyasət mütəmadi olaraq tənqid olunur. "Baş terrorçu” adlandırılan S.Sarkisyanın ünvanına tənqid və təhqirlər söylənilir. Yaranmış vəziyyətdən yeganə çıxış yolu kimi S.Sarkisyan və onun komandasının tutduğu vəzifədən tezliklə uzaqlaşdırılması, hətta onun rüsvayçılıq dirəyindən asılması tələb olunur.


"Hraparak” qəzeti yazır: "Sarkisyanın bandokratiyasının idarə etdiyi bu məmləkətdə yaşayanların səbr kasaları hələlik "dibsiz” təsir bağışlasa da, günlərin birində siyasi kolliziya və sosial partlayış qaçılmaz olacaq. Onda yüz minlərlə erməni həyatlarını dəyişmək istəyərək qiyama, yaxud üsyana əl ataraq Cənubi Qafqazda böyük təhlükə mənbəyinə çevrilmiş məkan yarada bilər. Artıq bu proses baş verir... Erməni diasporu da Ermənistana və Dağlıq Qarabağa yardım etməyi rədd edir. Nəticədə xalq qaniçən, xain, ölkəni korrupsiya bataqlığına çevirən S.Sarkisyanın idarə etdiyi ölkədə yaşamaqdan imtina edərək Ermənistanı tərk etməyi daha düzgün yol seçir. Qarnı tox, gözü dolu yaşamaq üçün”.


Erməni mətbuatında dərc olunan yazılarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, Azərbaycanla münasibətlərin bərpa olunmasının vacibliyi barədə çağırışlar edənlərin sayı da artmaqda davam edir. Bu günlərdə tanınmış yazıçı L.Keşayan mövcud durum bu cür davam edərsə, xalq və hakimiyyət arasında yaranan uçurumun daha da dərinləşəcəyi barədə xəbərdarlıq edib. O, Ermənistanın məhv olmaqdan xilası üçün Azərbaycanla münasibətləri qaydaya salmağı, ermənilərə işğal etdikləri Azərbaycan torpaqlarını tərk etməyi məsləhət görmüşdür (Lragir.am).


Bir neçə gün bundan əvvəl Ermənistanın yeni baş naziri Karen Karapetyanın dəvəti ilə Rusiya hökuməti yanında Xalq Təsərrüfatı Akademiyasının rektoru, akademik Abel Aqanbekyan İrəvanda olub. Səfəri çərçivəsində A.Aqanbekyan Ermənistan prezidenti S.Sarkisyanla da görüşüb.


A.Aqanbekyan jurnalistlərlə söhbətində Sarkisyan hakimiyyəti və ölkənin indiki vəziyyəti ilə bağlı heç bir nikbin fikir söyləməyib. O, Ermənistan nəşrlərindən birinin əməkdaşına verdiyi müsahibəsində deyib: "Serj baş nazir olduğu dövrdə Ermənistan iqtisadiyyatının vəziyyəti kritik idi və o məndən nə etməli olduğunu soruşmuşdu. Ona bildirmişdim ki, ilk növbədə bir sadə problemi həll etmək lazımdır. Ermənistanda vəziyyətdən baş çıxara biləcək peşəkarların olmadığını nəzərə alaraq bütün dünyadan-Rusiyadan, Avropadan, ABŞ-dan 10-11 ən yaxşı mütəxəssis dəvət edilməli və ən problemli sahələr onların ixtiyarına verilməlidir”. Mən ona dedim: "Siz həmin insanları tapmalı, onlar üçün şərait yaratmalısınız, onlar isə əvəzinizə hər şeyi edəcəklər. İndiki vəziyyət isə göstərdi ki, S.Sarkisyan heç nə edə bilmir. Ona getməyi məsləhət görərdim”.


Xatırladaq ki, ötən əsrin 80-ci illərinin sonlarında Dağlıq Qarabağ münaqişəsini alovlandıranlardan biri olan A.Aqanbekyan bir müddət Moskvada fəaliyyət göstərən erməni lobbisinin rəhbərlərindən biri olub.



OXŞAR XƏBƏRLƏR

Cənubi Koreya Prezidenti həbs olundu

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə h...

Rəsmi Bakıdan ABŞ səfirliyinə- CAVAB

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.   Sfera.az xəbər verir...

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...

Velosipedlərə belə yer yoxdur: Dünyanın ən sıx məskunlaşdığı adada insanlar necə yaşayır? - FOTOLAR

Dünya maraqlı və bənzərsiz yerlərlə doludur. Kolumbiyanın Kartagena şəhərindən iki saatlıq qayıqla səyahət dünyanın ən sıx məskunlaşdığı yer hesab edilən Santa ...