Qadın olsa da, 30 ildir özünü kişi kimi göstərir - Qəribə olay
Əri öldükdən sonra zorakılığa məruz qalan qadın 30 ildir ki, kişi kimi yaşayır.
Hindistanda yaşayan Siva Petchiammal ailəsini təhlükəsiz saxlamaq üçün 30 ildən çoxdur ki, özünü kişi kimi göstərir. Əri öldükdən sonra zorakılığa məruz qalan Petchiammal qızını qorumaq üçün belə bir fədakarlıq etdiyini bildirib.
Evlənmədən əvvəl adı Şiva Pillai olan qadın Petchiammal soyadlı kişi ilə ailə həyatı qurub. Doğuşdan 15 gün sonra ikinci övladını itirən kədərli qadın qızını da götürərək Wild Dog Bar ərazisinə köçüb. Orada kiçik biznesə başlayan Petchimmala təzyiqlər edilib.
Ərinin ölümündən şoka düşən və qızının gələcəkdə də eyni problemlə üzləşəcəyini düşünən Petchimmal özünü və ailəsini təhlükəsiz saxlamaq üçün böyük fədakarlıq tələb edən ideyanı həyata keçirib./Azxeber/