And dağlarında tapılan \"ölüm əjdahası\" alimləri şoka saldı - FOTO
16:07 / 25.05.2022
725
Argentinada təxminən 86 milyon il əvvəl yaşamış "Ölüm Əjdahası" adlı uçan sürünənlərin qalıqları tapılıb.
Sfera.az xarici KİV-ə istinadən bildirir ki, qanadlarının 9 metr olduğu bildirilən sürünənlərin kəşfində iştirak edən Leonardo Ortiz bu növün zürafəyə bənzər ölçüsü olduğunu, qanadlarının bizim bioloji anlayışımızın sərhədlərinə meydan oxuduğunu deyib.
Yırtıcının qalıqları 86 milyon ildir And dağlarında qayaların altında saxlanılır. Bu o deməkdir ki, bu uçan heyvan dinozavrlarla eyni vaxtda yaşayıb.
Növ yunanca ölüm və əjdaha sözlərinə uyğun gələn "Thanatosdrakon amaru" olaraq adlandırılıb. Bunun mənası isə “ölüm əjdahası” deməkdir.
İnci
Sfera.az