İran prezidentindən açıqlama: “Qisasımızı alacağıq!”

İran prezidentindən açıqlama: “Qisasımızı alacağıq!”

İran İnqilab Keşikçiləri Ordusunun polkovniki Həsən Səyyad Xodayinin Tehrandakı evinin yaxınlığında öldürülməsindən sonra İran prezidenti bəyanatla çıxış edib.


Sfera.az xəbər verir ki, prezident İbrahim Rəisi bu böyük şəhidin qanının qisasının alınacağına heç bir şübhəsi olmadığını deyib.


Xatırladaq ki, polkovnik Həsən Seyyad Xodayinin “inqilab düşmənləri”nin hücumuna məruz qaldığı açıqlanıb. İran sui-qəsdin ABŞ və müttəfiqlərini təsvir etdikləri kimi “qlobal təkəbbürlə əlaqəli ünsürlər” tərəfindən törədilən terror aktı olduğunu iddia edib.

Əzizə Zeynal
Sfera.az


 
 


OXŞAR XƏBƏRLƏR