Paşinyan da Qazaxıstan variantına əl atır? - \"KTMT qoşunlarını Ermənistana dəvət etsə belə...\"

Paşinyan da Qazaxıstan variantına əl atır? - \

Ötən gün “Baza” nəşri məlumatlı mənbələrə istinadən xəbər yayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan etiraz aksiyalarının yatırılması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qoşunlarının İrəvana yeridilməsini xahiş edib. Moskvaya səfəri zamanı Paşinyan Qazaxıstan ssenarisi təkrarlanacağı təqdirdə KTMT üzvlərindən İrəvana qoşun yeridilməsinə razılıq almağa çalışıb.


Məsələ ilə bağlı Sfera.az-a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov Ermənistanda baş verən etiraz aksiyalarının genişmiqyaslı olmadığını bildirib. Müsahibimiz Paşinyanın indiki vəziyyətdə KTMT qoşunlarının çağırılması istiqamətində addım atmayacağını deyib:
“Çünki indi həssas məqamdır və Nikolun başqa qoşunları Ermənistana dəvət etməsi cəmiyyətin gözündən düşməsi ilə nəticələnər. Eyni zamanda Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb, digər dövlətlərin də nəzəri onun üzərindədir. İnanmıram ki, hətta Ermənistan təklif etsə belə, Rusiya ora qoşunlarını yeridib vəziyyəti sakitləşdirsin. Rusiya Qazaxıstandan fərqli olaraq Ermənistana başqa prizmadan yanaşır və onlar istəməz ki, ermənilərin gözündə pis obrazda qalsınlar. Təbii ki, İrəvana gəldikləri halda, atışmalar olmalıdır, yeri gələndə öldürməlidirlər. Bu halların olmasını arzulamadıqları üçün Rusiyanın razılıq verəcəyi gözlənilən deyil”.


Politoloq əlavə edib ki, Paşinyanın KTMT qoşunlarını dəvət etməsi inandırıcı deyil:


“Bu, onun reytinqinə də təsir edər. Fikrimcə, yayılan məlumatlar dezinformasiyadır və Ermənistandakı mövcud hakimiyyətə qarşı istifadə oluna bilər. Yəni cəmiyyətə, “Qazaxıstanda etdiklərini burada da etmək istəyirlər”, “Paşinyan da Qazaxıstan variantına əl atır” kimi fikirlər aşılana bilər. Ermənistandakı mitinqlərə gəlincə isə, düşünmürəm ki, hakimiyyəti devirəcək qədər möhkəm olsun. Görünür, Paşinyan hələ ki mitinqlərin davam etməsinə icazə verir. Bir vaxt çatacaq, qəti şəkildə polislər vasitəsilə aksiyanı dağıdacaq. Ondan sonra isə mitinqlərdən söhbət gedə bilməz. Hələlik Paşinyan demokratiya təəssüratı yaratmaq üçün bunlardan istifadə edir”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq"

Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz bu gün öz su mənbələrimizə tam sahib olmuşuq.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbay...

Türkiyə və ABŞ rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını MÜZAKİRƏ ETDİLƏR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri, səfir Akif Çağatay Kılıç ABŞ dövlət katibinin müavini Co...

Prezident: "Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır"

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında Xəzər dənizin...

Bakıda mənzildə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziy...

Bayden və xanımının qazancı AÇIQLANDI

Baydenin ötən ilki qazancı açıqlanıb.   Sfera.az bildirir ki, bu barədə Ağ Evin saytında dərc edilmiş vergi bəyannaməsində məlumatlar yer alıb. Qeyd...

Azərbaycan lideri: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"

Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev...