LGBT əlifbası çap olundu - Məktəblərdə tədris olunacaq

LGBT əlifbası çap olundu - Məktəblərdə tədris olunacaq

ABŞ-da ibtidai sinif şagirdləri üçün LGBT əlifbası çap olunub və dərslik kimi tədris olunacaq. Bu, gələcəkdə uşaqların daha tolerant, anlayışlı böyüməsi və  LGBT cəmiyyəti haqda məlumatlı olmaları üçün həyata keçirilir.


Maraqlıdır, Azərbaycanda da məktəblərdə bu üsul tətbiq edilə bilərmi? Bunun uşaq psixologiyasına təsiri necə ola bilər?


Məsələ ilə bağlı Gundem.az-a danışan psixoloq Gülnar İsmayılova bu təcrübənin ölkəmizdə tətbiqinin mümkünsüz olduğunu düşünür:


“Bütün dünyada LGBT üzvləri var. Mental dəyərlərə görə ölkəimzdə bir müddət bu cəmiyyətin üzvləri gizlədildi. Lakin sonra baxdıq ki, LGBT üzvlərinə cəmiyyətin yüksək təbəqələrinin, hətta məmurların da marağı var. Azərbaycanda bu cəmiyyətə üzv olan insanlar pis yolla bədənlərini satdığı üçün əxlaqsız kimi görünürlər. Xaricdə isə elə sözünü demiş, savadlı yazar, məmur var ki, LGBT üzvüdür. Azərbaycanda isə bu cəmiyyətin üzvləri pul qazanmaq marağında olduğu üçün onlar qəbul edilmir və onlar milli dəyərlərə, dini dəyərlərə ziddirlər. Ona görə belə bir əlifbanın Azərbaycanda yaradılması böyük sensassiya olardı”. 


Psixoloq LGBT üzvlərinin yaşayış hüququndan doğru istifadə etmədiyini deyib:


“Bütün dünyadan fərqli olaraq ölkəmizdə LGBT üzvləri öldürülür. Sosial şəbəkədə də buna haqq verənlər az deyil. Lakin bu, doğru deyil, həmin insanların da yaşamaq hüququ var. Onlar isə bu hüquqdan doğru istifadə etməlidirlər. LGBT üzvü ola bilərsən, amma normal işin və yaşayışın olmalıdır. Bəzən uşaqların geyimlərində LGBT simvolu olan rənglər canlanır, valideynlər buna fikir vermir. İstənilən halda diqqətli olmaq, Azərbaycan mühitində bu hərəkata qoşulmamaq lazımdır”. 
 


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...