360 min dollarlıq yardım səhvən onun hesabına göndərildi – “Pulu geri qaytara bilmərəm, çünki…”

360 min dollarlıq yardım səhvən onun hesabına göndərildi – “Pulu geri qaytara bilmərəm, çünki…”

Yaponiyada bir bələdiyyə tərəfindən 463 ailə arasında bölüşdürülməsi nəzərdə tutulan təxminən 360 min dollarlıq COVID-19 yardımını təsadüfən götürən şəxs, pulu qumara xərclədiyini və geri qaytara bilməyəcəyini deyib.


Sfera.az xəbər verir ki, Şo Taquçi (24) adlı gənc keçən ay Yaponiya polisinə ifadə verib ki, 463 ailə arasında bölüşdürülməsi nəzərdə tutulan 46.3 milyon yen (təxminən 360 min dollar) COVID-19 yardımı təsadüfən onun hesabına göndərilib.


Yamaquçi əyalətindəki Abu kurortunda yaşayan Taquçi pulları onlayn qumar saytlarında xərclədiyini və geri qaytara bilməyəcəyini dedikdən sonra əyalət polisi tərəfindən kompüter fırıldaqçılığı ittihamı ilə həbs edilib. 


Taquçi daha əvvəl səhv transferdən xəbəri olduğu halda pulu xərclədiyinə görə peşman olduğunu bildirib və sözügedən məbləği ödəməyi planlaşdırdığını bildirib. Lakin onun vəkili bazar ertəsi müvəkkilinin pulu qaytara bilməyəcəyini açıqlayıb.


Səhv köçürməni həyata keçirən bələdiyyə rəsmiləri də Taquçiyə qarşı məhkəmə xərcləri də daxil olmaqla təxminən 51 milyon yen (təxminən 397.000 dollar) təzminat iddiası qaldırıb.

Əzizə Zeynal 
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və son dövrlərdə Serbiyanın məruz...

Şəhərin simvolu sayılırdı: Danimarkada dünyanın ən qədim birjası yandı

Kopenhagenin mərkəzində baş verən yanğın şəhərin simvolunu məhv edib.   Sfera.az bildirir ki, 400 illik tarixə malik Danimarka Ticarət Palatasının ta...

Baydenin 1 illik qazancı bəlli oldu

ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı 2023-cü ildə 620 min dollar qazanıb. Sfera.az xəbər verir ki, bu barədə məlumatlar Ağ Evin saytında dərc olunan...

“ULTRA Technologies”: 25 il “Hər zaman İnnovasiya” şüarı ilə

Bir İT şirkəti üçün 25 il nəhəng təcrübənin yeni zirvələri fəth etməyə imkan verdiyi, enerji və yaradıcılıqla birləşdiyi bir mərhələdir. ULTRA Technologies yara...

BVF-dən dünya iqtisadiyyatı ilə bağlı proqnoz

Dünya iqtisadiyyatını daha bir il ərzində yavaş, lakin dayanıqlı inkişaf tempi gözləyir.   Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fond...

Bakıda külək elektrik stansiyası tikiləcək

Nazirlər Kabineti Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa o...