“Dünya yeni siyasi bölünmənin başlanğıcındadır” - Politoloq
12:18 / 26.01.2022
573
"NATO tərəfindən dünən səsləndirilən bəyanatlar
onu deməyə əsas verir ki, alyans bu ölkəni silahlandırmağa davam etsə də,
müharibə başlayacağı təqdirdə sanksiyalarla öz funksiyasını bitmiş hesab edəcək”.
Sfera.az bildirir ki, bunu politoloq Zaur Məmmədov
deyib.
Onun sözlərinə görə, Bayden və onun dişsiz siyasəti bütün MDB məkanını
100 il əvvələ sürükləyə bilər:
"Subyektiv fikrim budur ki, baş verənlər
yaxşı qurulmuş ssenaridir və dünyanın bölünməsi, yeni mərhələnin başlanğıcıdır.
Bu arada, Rusiya Belarusa 98-ci hava-desant diviziyasının 217-ci qvardiya
paraşüt-desant polku göndərib. Bu qruplaşma yanvarın əvvəllərində KTMT qüvvələri
tərkibində Qazaxıstana yeridilmişdi.
Turan Rzayev