Dünya ulduzundan tükürpədici açıqlama: “13 yaşından narkotikə qurşandım”

Dünya ulduzundan tükürpədici açıqlama: “13 yaşından narkotikə qurşandım”

Dünya şöhrətli müğənni Castin Biber narkotik asılılığından danışaraq, qalmaqallı və emosional açıqlama verib.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, o, 13 yaşından narkotik istifadə etməyə başladığını və asılılığın olduqca tez inkişaf etdiyini açıq şəkildə etiraf edib.  

Yaşa dolduqca Biber daha ağır narkotik növlərinə meyillənməyə başladığını deyib:

"Narkotik mənim üçün qaçmağın bir yolu idi. Düzünü desəm, bu işin necə olacağını ağlıma belə gətirmirdim”.

Onu bu vəziyyətdə tək buraxmayan və dəstək olan musiqiçi Skuter Brounun Castin haqqında dediklərini sənətçinin özü də təsdiqləyib:

"Yavaş-yavaş ölürdüm. İnsanlar hər şeyin nə qədər ciddi olduğunu başa düşmürlər, amma həqiqətən, yaşadıqlarım qorxunc idi. Öz-özümə deyirdim: "Allahım, əgər sən varsansa, mənə bu əzabdan xilas olmağa kömək et”. Lakin heç nə etmədim. Mən narkotik həblərdən daha da aşağı düşdüm, amma asılılığın səbəbini öyrənmədim, buna görə də əksər insanlar kimi daha da dərinə yuvarlandım”.

Bir müddət sonra Biber din xadimlərinə müraciət edərək, tezliklə uşaq sahibi olacağına ümid etdiyi Heyli Biber ilə ailə qurdu. Bu addım isə onu narkotikdən uzaqlaşdırdı.

Xatırladaq ki, yanvar ayında Castin Biber "Laym” adlı xəstəliyindən əziyyət çəkdiyini etiraf edib. Bundan öncə müğənninin pərəstişkarları onun xoşagəlməz görünüşünü dozadan artıq narkotik vasitələrdən istifadə etməsi ilə əlaqələndirirdilər. Lakin o, pərəştişkarların bu iddialarını təkzib edib.



OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...