Dünya üçün yeni nüvə TƏHLÜKƏSİ: 2 il içərisində...
16:40 / 13.04.2021
2419
Yaponiyanın Fukuşima nüvə elektrik stansiyasının çirkab suları okeana axıdılacaq.
Sfera.az xəbər verir ki, bu barədə Yaponiya hökuməti qərar verib. Belə ki, hökumətin 2011-ci ildə zəlzələ və sunamidən zərər çəkən stansiyada yığılan su ilə bağlı verdiyi qərar digər qonşu ölkələrin etirazına səbəb olub.
Buna baxmayaraq, Tokio təxminən 2 il müddətində 1 milyon tondan çox suyu okeana boşaltmağa başlayacaq. Bildirilib ki, bu vaxt ərazində həmin su zərərli izotomlardan təmizlənəcək və lazımi infrastruktur qurulacaq.
Tokio Elektrik Şirkətinin məlumatına görə, stansiyada yığılmış su boşaldılmayacağı halda, 2022-ci ilin payızına qədər anbar dola bilər. Həmçinin 1,3 milyon ton suyun müəssisədəki çənlərdə saxlanılması Yaponiya hökumətinə ildə 100 milyard yenə (Yaponiya pul vahidi), yəni 912,66 milyon dollara başa gəlir.
ABŞ Yaponiya hökumətinin bu qərarına dəstək versə də, Çin bunun məsuliyyətsiz addım olduğunu və beynəlxalq ictimai sağlamlığı təhlükəyə ata biləcəyini bildirib. Eyni zamanda Cənubi Koreyadan da oxşar açıqlama gəlib.
Türkan
Sfera.az