Dünya tikan üstündədir: \"Omikron\" ştamı ilə bağlı bizi gözləyən TƏHLÜKƏLƏR

Dünya tikan üstündədir: \
Cənubi Afrikada aşkar edilən, indiyə qədər ən çox mutasiyaya uğramış koronavirus növü B.1.1.529 haqqında hələ çox bilgi olmasa da, elm adamlarının narahatlığı artır.

Sfera.az bildirir ki, dünyada yenidən COVİD-19-un təzə ştamı həyəcan təbilinin çalınmasına səbəb olub. Belə ki, mütəxəssislər sözügedən variantı "qorxunc” adlandırıblar və onun bu vaxta kimi görünən ən təhlükəli variant olma potensialına diqqət çəkiblər. Müəyyən edilən yoluxlamaların əksəriyyətinə Afrikanın bir çox bölgəsində rast gəlinsə də, ştamın əslində daha geniş formada yayılmış ola biləcəyi istiqamətində ipucları var. 

Bəs variant haqqında nələr bəllidir?
 
Birinci məlum olan əsas məsələ, bu ştamın çox sayda mutasiyaya uğramış olmasıdır. Cənubi Afrika Xəstəliklərə Nəzarət və Tədqiqat Mərkəzinin rəhbəri, professor Tulio de Oliveyra, variantda qeyri-adi mutasiyaların birləşdiyini söyləyib. O, eyni zamanda ştamın əvvəlkilərdən çox fərqli olduğunu vurğulayıb: 
"Yeni növ bizi təəccübləndirdi. Təkamüldə irəliyə doğru böyük bir sıçrayışı və gözlədiyimizdən daha çox mutasiyaya uğradığını gördük”. 

Professor ştamda 50 mutasiyanın birləşdiyini və bunlar içində 30-dan çoxunun virusun xarici səthində aşkar edildiyini bildirib: 

"Bu isə, virusun bədəndəki sağlam hüceyrələrə daxil olmasına imkan verməkdə mühüm rol oynayır və buna görə də hazırkı koronavirus vaksinləri onları zərərsizləşdirməyi hədəfləyir. Virusun sağlam hüceyrələrimizlə ilk təmas quran hissələrinə yaxından baxanda, bu hissədə orijinal virusla müqayisədə 10 fərqli mutasiya olduğu görülür. Halbuki, dünyada sürətlə yayılan "Delta” variantının sözügedən hissəsində cəmi iki mutasiya var idi. Bu mutasiya səviyyəsinin virusa qalib gələ bilməyən xəstədən yayıldığı güman edilir”.

Mutasiyaların hansı özəllikləri önəmlidir?

Əslində, hər mutasiya mütləq mənfi deyil. Burada mutasiyaların mövcud olma səbəbini başa düşmək vacibdir. Lakin yeni növlə bağlı əsas narahatlıq doğuran məqam, onun Çinin Vuhan şəhərində ortaya çıxan orijinaldan çox fərqli olmasıdır. Bu isə, vaksinlərin yeni varianta qarşı nə dərəcədə effektiv olacağına dair ciddi şübhələr yaradır. Yeni variantda bəzi mutasiyalar köhnə variantlarda da müşahidə olunub. Məsələn, N501Y adlı mutasiya virusun daha sürətli yayılmasına səbəb olur. Bədənimizdəki antikorların virusu tanımasını çətinləşdirən və peyvəndlərin təsirini zəiflədən bəzi mutasiyalar var. Təkcə sonuncu varianta xas olan mutasiyalar da var. 

Cənubi Afrikanın "KwaZulu-Natal” Universitetinin professoru Riçard Lessells "Yeni mutasiyalar bizi virusun yoluxması, insandan insana ötürülmə qabiliyyətinin artması, eləcə də immunitet sistemini daha asan zəiflətmək ehtimalının olması baxımından narahat edir”, - deyə bildirib.

Hazırda Cənubi Afrikanın Qautenq bölgəsində yeni variantın təsdiqlənmiş 77 yoluxma faktı mövcuddur. Botsvanada 4, Honq-Konqda 1 (Cənubi Afrikadan bir nəfər) yoluxma müəyyən edilib. Yeni virus haqqında məlumatlar hələ tam müəyyən edilməsə də, onun daha geniş yayıldığına dair bəzi əlamətlər var. Cənubi Afrikada yoluxmaların 90 faizinin yeni növdən ola biləcəyi təxmin edilir. Cənubi Afrikada əhalinin 24 faizi tam dozada peyvənd olunub. Buna baxmayaraq, peyvənd nisbəti daha yüksək olan ölkələrdə yeni variantın hansı dərəcədə təsirli ola biləcəyi naməlumdur. 

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...