Fərhad Əhmədov da prezidentin çağırışına qoşuldu, Fonda 1 milyon manat köçürdü

Fərhad Əhmədov da prezidentin çağırışına qoşuldu, Fonda 1 milyon manat köçürdü

Prezident İlham Əliyevin ölkədə koronavirusla mübarizəyə dəstək üçün yaratdığı xüsusi Fonda biznes subyektləri, sahibklarlar tərəfindən ianələrin köçürülməsi kampaniyası sürətlə genişlənir.

Sfera.az xəbər verir ki, Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov da prezidentin çağırışına qoşularaq bu kampaniyaya dəstək verib, iş adamının sahibi olduğu "AzNar” QSC həmin fonda 1 milyon manat vəsait köçürüb.


Fərhad Əhmədovun bununla bağlı yaydığı bəyanatda deyilir: "Azərbaycan da bütün dünya ölkələri kimi COVİD-19 koronavirus pandemiyası ilə bağlı yaranmış mürəkkəb vəziyyətlə üzləşib. Ölkə rəhbərliyi qətiyyət və uzaqgörənlik nümayiş etdirərək ölkənin həyat əhəmiyyətli maraqlarının müdafiəsi və onun vətəndaşlarının qorunmasına yönəlmiş preventiv xarakterli kompleks tədbirlər həyata keçirir. Bu gün bütün xalqın səylərinin təhlükəli xəstəliyin yayılmasına qarşı mübarizəyə cəmləşdirilməsi heç vaxt olmadığı kimi zəruridir. O cümlədən bu gün biznesin də sosial məsuliyyət nümayiş etdirməsi heç vaxt olmadığı kimi zəruridir. Bununla əlaqədar  Azərbaycan Prezidenti İlham Əliyevin çağırışını dəstəkləyərk  T. Əhmədov adına "AzNar” QSC-nin Direktorlar Şurası koronavirusla mübarizəyə dəstək Fonduna 1 milyon manat vəsaitin köçürülməsini qərara alır”.


Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Biznesmen Fərhad Əhmədov bundan əvvəl də Azərbaycanda geniş xeyriyyəçilik fəaliyyəti həyata keçirib, o cümlədən manatın iki dəfə devalvasiyaya məruz qalması ilə bağlı yaranan iqtisadi böhran zamanı "AzNar” QSC-nin işçilərinin bütün kredit borclarını ödəmişdi.


OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...