Dünya Səhiyyə Təşkilatı həyəcan təbili çalır: Virusun ikinci dalğası...11-də...

Dünya Səhiyyə Təşkilatı həyəcan təbili çalır: Virusun ikinci dalğası...11-də...
 

Avropa ölkələrinin bir çoxu sərhədləri açıb, karantin qaydalarını xeyli yumşaldıb. Halbuki qitə koronavirusun ikinci dalğası ilə üz-üzədir.

 

Sfera.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı bəyanat yayıb. Təşkilatın Avropa regional bürosunun direktoru Hans Klyuge "Youtube” portalındakı çıxışı zamanı yoluxma sayının xeyli artdığını bildirib. Onun sözlərinə görə, bölgənin 30 ölkəsində artım var. Bunlardan 11-də epidemiya yenidən sürət götürə bilər. Qarşısı vaxtında alınmasa, faciə gözlənilir.

Klyugenin fikrincə, karantin qaydalarının yumşaldılması yoluxma sayının artımına təkan verir.: "Avropanın bir çox ölkələrində bu risk reallığa çevrilib”. Amma Klyuge Polşada, Almaniyada, İspaniyada və İsraildə hökumətin daha çevik davrandığını bildirir. Ümumdünya Səhiyyə Təşkilatının bədbin açıqlamalarına baxmayaraq, büro rəhbəri avropalıların qaydalara riayət etməyə daha çox meylli olmasını qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada virusa yoluxanların sayı 9.7 milyon nəfəri keçib. İndiyə qədər infeksiya üzündən təxminən 500 min nəfər həyatını itirib. Avropada virusa 2.38 milyon nəfər yoluxub. 189 mindən çox avropalı epidemiyaya görə ölüb. Qitədə hər gün 13-14 min yoluxma faktı qeydə alınır. Bu gün rəqəmin daha yüksək olmaq ehtimalı var.


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...