Dünya qorxuyla 2050-ci ili gözləyir

Dünya qorxuyla 2050-ci ili gözləyir
2050-ci il Yer planeti üçün bir çox hadisələrlə yadda qalacaq. Bunlardan biri də nəsli kəsilmiş dinozavrların məhz 2050-ci ildə Yerə qayıda biləcəyi barədə mütəxəssis qənaətidir. Cebhe.info xəbər verir ki, mütəxəssislər uzunmüddətli araşdırmaların nəticəsi olaraq bu qənaətə gəlib. Britaniyadakı Adam Smit Universitetinin mütəxəssislərinin apardığı araşdırmaya görə, süni yollarla uça bilməyən quşların yeni növünü yaratmaq mümkündür. Mütəxəssislərin fikrincə, seleksiya vasitəsilə bizim planetə dinozavrları qaytarmaq mümkün olacaq. Belə ki, bəzi canlılar hələ də dinozavrlarla oxşar DNT-ni qoruyub saxlayır və bundan gələcək mərhələlərdə istifadə etmək mümkündür. Bunu nəzərə alan mütəxəssislər yeni dinozavrın yaradılmasının çətin proses olmadığı qənaətindədir. Sadəcə, bu canlıların xarici görünüşünün əvvəlkilərə bənzəməsi tədrici proses olduğuna görə zaman alacaq. 2050-ci ildə dinozavrları Yerə qaytarmaq mümkün olacağı kimi süni ət yaradılması və görmə qabiliyyətini itirən insanlara bionik göz qoyulması da mümkün olacaq. 

OXŞAR XƏBƏRLƏR