Dünya ölkələri Koronavirusla mübarizədə Azərbaycan modelindən bəhrələnməlidir
15:35 / 08.04.2020
3161
-2019-cu ilin sonlarında Çinin Uxan şəhərindən başlayaraq dünyanın əksər ölkələrinə
yayılan koronavirus infeksiyasının qarşısının alınması bəşəriyyət üçün ən qlobal
problemə çevrilib. Bu baxımdan istər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST),istərsədə
dünyanın inkişaf etmiş aparıcı dövlətləri planetimizi bu bəladan xilas etmək üçün bütün
güclərini səfərbər ediblər. Artıq insan həyatı üçün son dərəcə təhlükə mənbəyinə
çevrilən və çoxsaylı ölüm halları ilə müşaiyət olan koronavirus infeksiyası bəşəriyyəti
təhdid edən ciddi qlobal kataklizmə çevrilib.Tarixdə ilk dəfə olaraq dünya ölkələrinin
sərhəddlərini bir–birinin üzünə bağlaması,əksər ölkələrdə fövqəladə vəziyyət və ciddi
karantin rejiminin tətbiq olunması faciənin nə dərəcədə ciddi və təhlükəli olması
diktəsini ortaya qoyub.Təbii ki, güc birlik və həmrəylikdədir. Çin təcrübəsi onu deməyə
əsas verir ki, dövlət,iqtidar və xalq arasında olan qarşılıqlı etimad və inam fəlakətdən az
itki verməklə çıxmağın ən optimal variantıdır. Əgər Amerika, Avropa,İran və
pandemiyanın geniş tüğyan etdiyi digər ölkələr Çin hökuməti həyacan təbili çalanda bu
məsələni ciddiyə alsaydılar bu gün dünyadakı vəziyyət bu qədər acınacaqlı durumda
olmazdı.
Sevindirici haldır ki, Azərbaycan dövləti Koronavirusla mübarizəyə vaxtında reaksiya
verməklə ölkəmizin bu ağır fəlakətdən az itki ilə çıxmasını təmin etmək üçün bütün
gücünü səfərbər etməyə müvəffəq olub. Ölkə əhalisinin həyat şəraitinin təmin
olunmasını, insanların sağlamlığının qorunmasını əsas prioritetlərdən biri kimi
dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qlobal pandemiya ilə
mübarizədə təxirəsalınmaz tədbirlərin reallaşdırılmasını ən vacib amil kimi
qiymətləndirərək vaxtında Nazirlər Kabineti yanında xüsusi Operativ Qərargah
yaratmaqla xalqımızı və dövlətimizi bu fəlakətdən qorumağın ən düzgün və doğru
yolunu ayırd etmiş oldu. İnfeksiyanın ilk yayıldğı İran və Çinlə sıx gediş gəlişin olmasına
baxmayaraq ölkəmizdə aparılan tibbi maarifləndirmə, obyektiv informasiya mübadiləsi,
sanitar-gigeyenik nöqteyi-nəzərdən çevik və effektiv iş mexanizminin qurulması,ən əsası
isə ölkəmizə xaricdən gələn insanların vaxtında karantinə alınması və sərhədlərimizdə
xüsusi rejimin tətbiq edilməsi milli təhlükəsizliyimizin qorunmasında mühüm amilə
çevrildi. Bununla yanaşı güclü sosial-iqtisadi potensiala, yüksək infrastruktur təminatı və
maliyyə imkanlarına malik olan qüdrətli Azərbaycan dövləti Ümumdünya Səhiyyə
Təşkilatının tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının
etibarlı qorunması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da
genişləndirib. Ölkəmizdə bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması,ictimai
nəqliyyatın, restoran,kafe və obyektlərinin, ticarət mərkəzlərinin müvəqqəti bağlanması,
vətəndaşlar üçün ciddi karantin rejiminin tətbiq edilməsi və onlara ciddi riayət edilməsi
üçün nəzarət mexanizminin formalaşdırılması möhtərəm prezidentimizin indəyədək
xalqımız və dövlətimizin xoş gələcəyi naminə həyata keçirtdiyi məqsədyönlü siyasətinin
məntiqi davamıdır.Məhz bu gün aparılan düzgün siyasətin nəticəsidir ki,Azərbaycan
koronavirusun ən az yayıldığı ölkələrdən biridir.
Bu baxımdan möhtərəm Prezidentimiz İlham Əliyevin və Azərbaycanın Birinci Vitse
Prezidenti Mehriman Xanım Əliyevanın xalqımıza müraciətləri cəmiyyətimiz və
insanlarımız tərəfindən böyük anlaq və rəğbətlə qarşılanaraq,hamını bu təhlükəyə qarşı
səfərbər etdi.Bu çağırış həmçinin prezident və xalq arasında mövcud olan qarşılıqlı
hörmət və sevginin senerjisinə çevrilməklə ölkəmizi ona yaxınlaşmaqda olan təhlükədən
xeyli uzaqlaşdırmış oldu. Təqdirə layiq haldır ki, xalqımız həmişə olduğu kimi bu
məsələdə də dövlətin çıxartdığı qərarlara anlaqlı şəkildə yanaşdı,mövcud təhlükəyə qarşı
iqtidarla həmrəylik nümayiş etdirdi. Düşünürəm ki, bu baxımdan infeksiyanın daha çox
yayıldığı ölkələr koronavirusla mübarizədə Azərbaycan modelindən istifadə etməklə,bu
təhlükədən az itkiylə çıxmağa nail ola bilər.
Bir məqamıda xatırladım ki, Azərbaycan koronavirusa qarşı mübarizəyə MDB və
Avropa ölkələrindən fərqli olaraq daha tez başladı və bu sahədə təxirə salınmaz
tədbirlər həyata keçirtməklə mütəşəkkillik nümayiş etdirdi.Bu baxımdan bizə dost və
qardaş ölkə olan Ukraynada vəziyyət o qədərdə ürək açan deyil .Əvvala Ukrayna
Avropa ilə sərhəddə yerləşdiyi üçün koronavirus infeksiyasının yayılma təhlükəsinə görə
ən riskli ölkə hesab edilir. Bu gün İtaliya, Almaniya, İspaniya kimi inkişaf etmiş
ölkələrdəki ağır durumu nəzərə alsaq, Ukraynanın hazırkı vəziyyətini başa düşmək o
qədərdə çətin deyil. Əslində Ukrayna dövləti bu infeksiyanın qarşısının alınmasında
son dərəcə çətinlik çəkir.Çün ki, Ukrayna bu virusa qarşı mübarizəyə Azərbaycandan
fərqli olaraq xeyli gec başladı.Bu arada avropadan gələn insanlar karantinə alınmadan
ölkəyə buraxıldı ki,bu da infeksiya daşıyıcılarının nəzarətdən çıxmasına səbəb oldu.
Azərbaycan bu baxımdan vaxtında və həlli vacib olan ciddi tədbirlər həyata
keçirtdi.Prosesi nəzarətə götürməklə nümunəvi addım atdı.Düzdü Ukrayna dövləti də bu
infeksiyanın geniş vüsət almaması üçün bütün gücünü səfərbər edib. Artıq 20 gündür
ölkədə ciddi karantin rejimi elan olunub. Banklar, ərzaq mağazaları və bir sıra vacib
istehsal müəssisələri istisna olmaqla bütün ticarət və iaşə obyektlərinin fəaliyyətinə ilkin
etapda aprel ayının 24-dək qadağa qoyulub. Metro, avtobus və digər ictimai nəqliyyatın
hərəkəti dayandırılıb.
Nəzərinizə çatdırım ki, Ukrayna ilə Avropa arasında şengen vizası ləğv olunduqdan
sonra 10 minlərlə insan əmək miqrantı kimi Avropanın müxtəlif ölkələrinə üz
tutublar.Hazırda on minlərlə Ukrayna vətəndaşı evlərinə dönmək üçün Avropa
sərhəddlərində lövbər salıblar.Ukrayna hökuməti bu qədər insanın karantinə
alınmasının mümkünsüz olduğunu elan edərək sərhədlərini öz vətəndaşlarının üzünə
qapadıb. Ukraynanın səhiyyə naziri bəyan edib ki, bu qədər insanın ölkəyə karantinsiz
daxil olması qarşısıalınmaz faciə və fəlakətə gətirib çıxara bilər. Ukrayna dövləti indiki
dönəmdə, sərhədlərdə qalan vətəndaşlarının ölkəyə gətirilməsi və onların karantinə
alınması üçün bütün gücünü səfərbər edib. Bununla bağlı ölkənin 15 vilayətində
fövqəladə vəziyyət elan olunub. Xaricdə olan vətəndaşların karantinə alınması üçün
lokal çadır şəhərcikləri salınır.
Bir məqamıda xüsusi vurğulamaq istəyirəm ki,Ukraynada yaşayan azərbaycanlılar da
koronavirusla bağlı mübarizədə həmrəylik nümayiş etdirirlər. Hamı imkan daxilində
tətbiq olunmuş qadağalara əməl etməyə çalışır. Demək olar ki, əksər soydaşlarımız
vaxtlarını evlərində keçirirlər. Ailəni və uşaqları bu təhlükəli virusdan qurtarmağın ən
mühüm yolunu evdən çölə çıxmamaqda görürlər. Bu gün hər bir insan özünü qorumaqla
ailəsini, doğmalarını, ətrafını, nəhayət, yaşadığı cəmiyyəti bu bəladan qorumuş
olur.Bizdə tanıdığımız ,bildiyimiz həmvətənlərimizlə mütamadi əlaqə saxlayır,mövcud
durumu müzakirə edirik.
Bildiyiniz kimi, mövcud durumla bağlı təyyarə reyslərinin təxirə salınması Ukraynada
müvəqqəti yaşayan soydaşlarımızın, xüsusən də azərbaycanlı tələbələrin vətənə
qayıtması üçün böyük problemlər yaradıb.Bu məsələni tənzimləmək və
vətəndaşlarımızın müvəqqəti olaraq yerləşdirilməsi üçün Azərbaycanın Ukraynadakı
səfirliyi müvafiq tədbirlər həyata keçirir. Hazırda Ukraynanın müxtəlif vilayət və
şəhərlərində 500 nəfərdən çox insan ölkəmizə qayıtmaq üçün Azərbaycan səfirliyində
qeydiyyatdan keçib. Xarkov və Sumı şəhərlərində də bir necə azərbaycanlı tələbə və
həmvətənlərimiz var ki, vətənə qayıda bilmirlər. Təbii ki,onlara Azərbaycanın
Xarkovdakı Konsulluğu tərəfindən istənilən maddi və mənəvi dəstək verilir.Bununla
bağlı Fəxri Konsulluqda qaynar xətt yaradılıb. Bu çətin dönəmdə hər hansı
problemlə üzləşən söydaşlarımıza lazımi yardımın göstərilməsində əlimizdən gələn
köməkliyi əsirgəmirik.Hazırda Vətənə gedə bilməyən bir neçə ailəni müvəqqəti evlə
təmin etmişik Bu işdə Azərbaycan diaspuruda yaxından iştirak edir.Bundan əlavə
Azərbaycanın Xarkovdakı Konsulluğu olaraq vilayətin mərkəzi klinik xəstəxanalarına da
maddi yardım göstəririk.
Düşünürəm ki, Azərbaycan və Ukrayna prezidentlərinin rəhbərliyi ilə aparılan
mübarizə tədbirləri xalqlarımızı və ölkələrimizi bu bəladan çox az itki ilə çıxaracaq.
Buradan hər iki xalqın nümayəndələrinə müraciət edərək demək istəyirəm ki, bizim
sağlam gələcəyimiz güclü iradəmizdən asılıdır. Bu baxımdan dövlətlərimizin tətbiq etdiyi
qaydalara ciddi əməl etməklə ailələrimizin və insanlarımızın təhlükəsizliyinə xidmət
etmiş olarıq.
Əfqan Salmanov Azərbaycanın Xarkovdakı Fəxri Konsulu, İqtisad elmlər üzrə fəlsəfə
doktoru.