Dünya nüvə fəlakətinə doğru – bu ölkə də atom silahı yaradır

Dünya nüvə fəlakətinə doğru – bu ölkə də atom silahı yaradır
Koreya Respublikası (Cənubi Koreya) 18 ay ərzində nüvə silahını yarada bilər. Bu addımın Koreya Xalq Demokratik Respublikasından (Şimali Koreya) müdafiə üçün atılacağı iddia edilir.
 
Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Koreya yarımadasının problemləri üzrə aparıcı mütəxəssislərdən olan Çon Son Çan bildirib.
 
"Əgər prezident qərar qəbul edərsə, Koreya Respublikası 18 ay ərzində nüvə silahını yarada biləcək”, - ekspert deyib.
 
O, digər politoloqlar kimi hesab edir ki, Koreya Xalq Demokratik Respublikasının yanvarın 6-da keçirdiyi dördüncü nüvə sınağı və fevralın 7-də 12 min kilometr uzaqlıqdakı hədəfləri vura bilən ballistik raketi atmasından sonra Seulun  özünü nüvə silahı ilə qorumağın vaxtı çatıb. Çon Son Çan qeyd edir ki, 18 ay ərzində nüvə döyüş sursatlarının bir neçə min vahidini hazırlamaq mümkündür. Amma onun fikrincə, hətta nüvə silahının əldə ediləcəyi halda da ABŞ-la ittifaqı saxlamaq lazımdır.
 
Çon Son Çan qeyd edib, Cənubi Koreya şimal qonşusu ilə müqayisədə daha üstün nüvə texnologiyalarına malikdir və nüvə silahını əldə edəndən sonra onu sınamaq lazım olmayacaq: "Seul 2014-cü ildə təhlükəsizliyi üçün xaricdən 7,8 milyard dollarlıq silah alıb. Nüvə silahı olduğu halda hərbi xərcləri əhəmiyyətli dərəcədə azaltmaq mümkün olacaq. Cənubi Koreyada üstün atom texnologiyaları və nüvə materialları kifayət qədərdir. Nüvə silahının hazırlanması üçün bir trilyon von (təxminən 818 milyon dollar) lazım olacaq. Beynəlxalq cəmiyyət də nüvə sınaqlarını həyata keçirən Pxenyandan fərqli olaraq sanksiyaları tətbiq etmək üçün səbəblər tapmayacaq”.
 
Cənubi Koreya hakimiyyəti 1991-ci ilin sonunda nüvəsiz kurs elan edib və ölkə ərazisində Amerikanın nüvə silahları yoxdur. Amma buna inanmayan Pxenyan özünün nüvə silahını yaradıb. Beynəlxalq sanksiyalar da Şimali Koreyanın nüvə fəaliyyətini dayandıra bilməyib. Şimali Koreya nüvə silahının birinci sınağını 2006-cı ildə keçirib.
 
Dünən isə Cənubi Koreyanın iqtidar partiyası olan "Senuridan” Partiyasının parlament fraksiyasının başçısı Von Yu Çxol ölkə rəhbərliyini nüvə silahı yaratmağa çağırıb. Onun fikrincə, Koreya Xalq Demokratik Respublikasının yanvarın 6-da keçirdiyi dördüncü nüvə sınağından sonra nüvəsiz kurs əhəmiyyətini itirib.
 
Cənubi Koreyada daha əvvəl bir sıra mühafizəkar politoloqlar analoji çağırışla çıxış ediblər.

OXŞAR XƏBƏRLƏR

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...