Dünya mətbuatı 9 yaşlı azərbaycanlı qızdan yazdı - FOTO

Dünya mətbuatı 9 yaşlı azərbaycanlı qızdan yazdı - FOTO
Qərb və ərəb mətbuatı "Associated Press” (AP) agentliyinin DJ-lərin ("Disk Jokey”) dünya çempionatında 85 iştirakçı arasında 14-cü yeri tutan 9 yaşlı azərbaycanlı qız Mişel Rəsulun məharətindən bəhs edən məqaləsini yayıb.

Sfera.az xəbər verir ki, musiqi və disko səslərini idarə etməyi atası Vaqif Rəsulovdan öyrəndiyini söyləyən balaca Mişel hələ 5 yaşında, oxumağı və yazmağı yeni öyrəndiyində, bu sənətə meyil göstərib. Onun DJ-lik etdiyi musiqi parçaları arasında Azərbaycan təranələri də var.

COVID-19 səbəbindən bu il videoformatda keçirilən dünya çempionatında münsiflər heyətini heyran edən balaca qız AP agentliyinə müsahibəsində deyib ki, onun arzusu dünyanın ən məşhur "Disk Jokeyi” olmaqdır.

"Çempionatın ən gənc iştirakçısının dünyaşöhrətli rəqiblərini geridə qoyması göstərdi ki, Mişelin arzusu yerinə yetəcək”, - deyə agentliyin məqaləsində yazılıb.

Mişelin anası, keçmiş skripkaçı Səidə Rəsulova da qızının musiqi səslərini belə cəld idarə etməsinə təəccüb etdiyini deyib.

O deyib ki, balaca qızın sosial şəbəkədəki səhifəsi artıq 110 mindən çox izləyici toplayıb, dünyanın hər yerindən olan DJ-lər ona ismarışlar göndərirlər. Bundan başqa, Mişel pandemiyadan əvvəl keçirilən toy şənliklərinə də dəvət edilirdi. // "Azərtac"


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...