Dünya liderlərindən Trampın prezidentliyinə reaksiya

Dünya liderlərindən Trampın prezidentliyinə reaksiya
 
Donald Trampın ABŞ-ın 45-ci prezidenti seçilməsindən 1 sutka keçməmiş dünyanın aparıcı ölkələri yeni prezidenti salamlayıb. 

AzNews.az xəbər verir ki, Rusiya Prezidenti Vladimr Putin bəyan edib ki, Trampın ABŞ prezidenti seçilməsi ABŞ-Rusiya münasibətlərinin yaxşılaşdırılmasına ümid yaradır:

"Rusiya il ABŞ-ın dünyada stabillik və təhlükəsizliyin təmin edilməsi ilə bağlı öhdəliklərini nəzərə alsaq, Donald Trampın prezident seçilməsi dünyadakı ümumi abu-havaya müsbət təsir göstərəcək.”

Çin çox qəliz vəziyyətdədir. Çünki bütün seçki marafonu boyu Tramp ucuz Çin məhsullarının ölkəyə idxal edilməsi nəticəsində yüzlərlə amerikalının işsiz qalmasını xatırladaraq prezident seçiləcəyi təqdirdə Pekinlə gömrük şərtlərini çətinləşdirəcəyini bəyan etmişdi. 

Meksika prezidenti Enkrike Penya Nyetonun açıqlamasını isə vacib siyasi addım adlandırmaq olar. Meksikada düşünürlər ki, Trampın ölkənin ispandilli əhalisi əleyhinə etdiyı çıxışlar iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərməyəcək.

"Bir neçə saat əvvəl mən ABŞ-ın yeni prezidenti ilə danışa bildim. Mən onu təbrik etdim. Qeyd etmək istərdim ki, söhbətimiz çox səmimi keçdi” –deyə meksikalı lider bildirib. 

Kanadalı baş nazir Castin Trudo da iki ölkə arasında münasibətlərin müsbət istiqamətdə inkişaf edəcəyinə ümid etdiyini bəyan edib. 

OXŞAR XƏBƏRLƏR