Dünya iqtisadiyyatı üçün ən böyük təhlükə nədir?
13:10 / 01.11.2019
2129
"Dünya iqtisadiyyatı üçün ən böyük təhlükə ticarətə qoyulan qadağalardır".
Sfera.az trend-ə istinadən xəbər verir ki, bu fikri Avropa Mərkəzi Bankının gələcək sədri Kristin Laqard deyib.
Maliyyəçinin sözlərinə görə, dünyanın ən böyük iqtisadiyyatına malik olan ABŞ-ın iqtisadi vəziyyəti yaxşıdır.
K.Laqard vurğulayıb ki, ABŞ və Çin arasında "ticarət müharibəsi" çərçivəsində dəyişdirilən rüsumlar dünya iqtisadiyyatının 2020-ci ildə 0,8 faiz azalmasına səbəb olacaq.