Dünya ekoloji fəlakətin astanasında

Dünya ekoloji fəlakətin astanasında
Planetdə iqlim dəyişikliyi ilə bağlı alimlərin proqnozları özünü doğruldur. 
 
Publika.az xəbər verir ki, bu barədə amerika dərgisi olan “The New York Times”da 2015-ci ilin ekoloji anomaliyalarına həsr olunmuş məqalədə bildirilib.
 
Mənbə bildirir ki, yola saldığımız il Yerin bütün qütblərində anomal istilər müşahidə olunub. Dekabr ayında isti hava olduğuna görə hətta soyuq enliklərdə yerləşən regionlarda ağaclar çiçəkləməyə başlayıb.
 
Proqnozlara görə, 2016-cı ildə də temperatur yüksək olacaq. Afrikada şiddətli quraqlıqlar olacaq və bəzi ərazilər daşqınlardan əziyyət çəkəcək. O cümlədən, yaxın həftələr ərzində ABŞ-da Missisipi çayının daşacağı gözlənilir.
 
Tədqiqatçıların fikrinə görə, bütün iqlim dəyişikliklərinin səbəbkarı Sakit okeanda olan El-Ninodur. Onların qənaətinə görə, son bir neşə ay ərzində artıq planetin müəyyən təbii sahələrində iqlim dəyişiklikləri başlayıb və istiləşmələr müşahidə olunur.
 
Tədqiqatçılar hesab edirlər ki, El-Nino hər 3-7 ildən bir müşahidə olunur və hər dəfədə də fərqli təsir göstərir. Ekspertlərin sözlərinə görə, artıq El-Nino insanların fəaliyətinə əhəmiyyətli dərəcədə təsir etməyə başlayıb. Ekoloqlar xeyli əvvəldən insanları iqlim dəyişikliklərinə ciddi yanaşmağa çağırıblar. Artıq hadisələr göstərir ki, ekoloqların iqlim dəyişiklikləri ilə bağlı proqnozları özünün doğruldur.

OXŞAR XƏBƏRLƏR

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...