Dünya əhalisinin yarısı təhlükədədir - ŞOK XƏBƏRDARLIQ

Dünya əhalisinin yarısı təhlükədədir - ŞOK XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) danq, zika və çikunqunya viruslarından qaynaqlanan xəstəlikləri nəzarətdə saxlaya bilmək üçün radiasiyadan istifadə edərək erkək ağcaqanadları qısırlaşdıran metodu tezliklə sınaqdan keçirəcək.

Sfera.az xəbər verir ki, təşkilatın açıqladığı yeni hesabatda ağcaqanadların yaydığı tropik xəstəlik olan danqın son illərdə 110 ölkəyə gedib çatdığına diqqət çəkilib.

Hesabatda, ÜST təxminlərinə görə, yüz minlərlə insanın bu xəstəliyə yoluxması ilə dünya miqyasındakı danq xəstələrinin sayı 3,5-4 milyona çatacaq.

İlk mərhələdə ABŞ Təsərrüfat Nazirliyi tərəfindən məhsulun faydalılığına zərər verən böcəkləri qısırlaşdırmaq üçün 6 qitədə istifadə edilmiş "Qısırlaşdırılmış Böcək Taktikası" test ediləcək. Proses müəyyən obyektlərdə böyük miqdarda erkək ağcaqanad yetişdirilib qısırlaşdırıldıqdan sonra təbiətə buraxılaraq dişilərlə cütləşmələri istiqamətində gedəcək.

Dünyanın yarısı risk altındadır

 

ÜST-ün alimi Soumya Svaminatan yeni taktika ilə bağlı açıqlamasında "dünya əhalisinin yarısı indidən danq virusu riski altındadır. Təcili yeni yanaşmalara ehtiyacımız var və bu təşəbbüs həm ümid, həm də həyəcan verir" sözlərini işlədib.

Qeyd edək ki, ağcaqanadların yaydığı bu viruslar dünyadakı epidemiyaların 17%-ni təşkil edir və ildə 7 yüz mindən çox insanın ölümünə səbəb olur. (publika.az)

OXŞAR XƏBƏRLƏR

Arıqlamağa kömək edən səhər yeməkləri məlum olub

 Mütəxəssislər səhər yeməyi üçün xüsusi batonlar, müsli və mağaza şirələrindən yayınmağı tövsiyə edir. Belə ki, onların tərkibində yüksək miqdar şəkər və d...

Ürəyi məhv edən qidalar açıqlandı - Hər gün yeyirsiz

 Rusiyanın tanınmış kardioloqu, tibb elmləri namizədi Anna Koreneviç ürəyi zamanla məhv edən yüksək qlisemik indeksli zərərli ərzaqların siyahısını təqdim ...

2 min il əvvəl zeytun yağı haqda nə yazılıb? - Video

  Həmişə, bütün dövrlərdə dünyamız sülhə ehtiyac duyub və ümidə sarılıb. Yoxsa zeytun 7 min ildir ümidin və sülhün rəmzi kimi əksər xalqların mifologiyası...

Sol böyrü üstə yatmayın - Həkim səbəbi açıqladı

 Yatarkən bədənin hansı tərəfi üstə çevrilmək barədə istər dində, istərsə də tibdə təzadlı fikirlər səsləndirilir. Bu məsələyə hətta peyğəmbərlər də toxunu...

Koronavirusdan daha DƏHŞƏTLİ VİRUS GƏLİR: 72 saat…

Kanadada Koronavirusun ardından Salmonella virusu paniki başlayıb.  Sfera.az Buta.ws-ə istinadən xəbərinə görə, Kanada Xalq Sağlamlığı Agentliyi, ABŞ...

Koronavirus xəstələri hansı vitaminləri qəbul etməlidir? - Kardioloq TÖVSİYƏSİ

 Koronavirus infeksiyasından sağalan xəstələr sağlamlıq vəziyyəti pis olduqda B qrupu və D vitaminlərini qəbul etməlidir. Sfera.az xəbər verir ki, bu...