Dünya çempionatı: Güləşçilərimizdən daha bir medal
23:00 / 04.10.2021
692
Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
Sfera.az xəbər verir ki, 92 kq çəki dərəcəsinə təsadüf edən qarşılaşmada rəqib Belarus təmsilçisi Omarhacı Məhəmmədov olub.
Görüş Nurməhəmmədovun qələbəsi ilə yekunlaşıb - 2:0.
Qeyd edək ki, ötən gün də Abubakr Abakarov (86 kq) da bürünc medala yiyələnib.