Dünya bazarlarında neft ucuzlaşıb
09:45 / 28.09.2019
1126
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,32% azalaraq 1 barelə görə 61,91 dollar təşkil edib.
Sfera.az-ın "APA-Economics”-ə istinadla məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,89% azalaraq 55,91 dollar təşkil edib.