Dünya Bankının vitse-prezidenti Azərbaycana minnətdarlıq edib

Dünya Bankının vitse-prezidenti Azərbaycana minnətdarlıq edib
 "Mən Sizinlə görüşməkdən həqiqətən də məmnunam. Mən Sizinlə Azərbaycanda görüşməyi çox istərdim. Amma dünyada baş verənləri nəzərə alsaq, hələ ki, görüşləri bu cür keçirməli olacağıq. Lakin çox yaxın gələcəkdə Sizinlə Azərbaycanda görüşəcəyimə ümid edirəm”.

Sfera.az xəbər verir ki, bu sözləri Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə videokonfransda deyib.

Dünya Bankının rəsmisi bildirib:

"Mən, həmçinin tərəfdaşlığa görə və birlikdə bir çox sahələrdə işlədiyimiz komandaya minnətdarlığımı bildirmək istərdim. Əlaqələrin necə möhkəm olduğunu görməkdən məmnunam. Tərəfdaş kimi Dünya Bankına olan etimadınıza görə Sizə çox təşəkkür edirəm. Mən bu vəzifənin icrasına başladığımdan bu yolu davam etdirməyimizi səbirsizliklə gözləyirəm. Bir daha buna görə təşəkkür edirəm.

Həmçinin mən Dünya Bankı adından Azərbaycanın Beynəlxalq İnkişaf Assosiasiyasına verdiyi töhfəyə görə minnətdarlığımı bildirmək istərdim. Bu addım çox yüksək qiymətləndirilir. Sizin ən yoxsul ölkələr üçün olan fondumuzu dəstəkləməyiniz bizim tərəfimizdən həqiqətən də çox yüksək qiymətləndirilir. Düşünürəm ki, bu, bizim əlaqələrimizi daha irəliyə aparır. Buna görə həqiqətən də minnətdarlığımı bildirmək istərdim. Mənim üçün burada olmaq məmnuniyyətdir.

Mən təxminən 5 illik fasilədən sonra regiona qayıdıram. Geri qayıtmaq möhtəşəmdir. Mən Dünya Bankındakı fəaliyyətimin əhəmiyyətli bir hissəsini bu regionda keçirmişəm. Bu, mənə çox yaxın olan regiondur. Ötən dəfə regionda olarkən təxminən 4 ay Azərbaycandakı proqrama birbaşa nəzarət etmək mənə nəsib olub. Bu müddət ərzində, həmçinin ölkə ilə tərəfdaşlıq çərçivəsi təsdiq olunub. Mən son bir neçə ildə bu tərəfdaşlıq çərçivəsinin həyata keçirilməsini görməkdən çox məmnun oldum.

Mən TANAP layihəsinin ilkin mərhələlərində iştirak etmişəm, ona görə də ona yaxşı bələdəm. Mən bu layihə münasibətilə Sizi bir daha təbrik etmək istəyirəm. Bu, bizim buna bənzər nəyisə dəstəkləyə bilməyimiz və həm kredit əməliyyatlarını, həm də birgə apardığımız işimizi nə dərəcədə yaxşı mənimsədiyimizi göstərən həqiqətən də flaqman layihədir. Mən bir daha təşəkkürümü bildirmək istəyirəm. Birlikdə əldə etdiyimiz yaxşı irəliləyişi davam etdirməyi və onu daha yüksək səviyyələrə qaldırmağı səbirsizliklə gözləyirəm.

Mən, həmçinin qeyd etməliyəm ki, Azərbaycanla bağlı məlumatları oxuyarkən ölkənin "Doing Business” hesabatında reytinqini görməkdən həqiqətən də məmnun olmuşam. Mən bu münasibətlə də Sizi təbrik etmək istəyirəm. Düşünürəm ki, bu, dəyişikliyin daha bir sübutudur. Siz qeyd etdiyiniz kimi, iqtisadiyyatınızın şaxələndirilməsi üçün "Doing Business”də iqtisadiyyatın inkişafı baxımından yaxşı göstəricidir”.

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti həmçinin bildirib ki, koronavirusun təsirinin olduğu bir dövrdə yaşayırıq. O, Azərbaycanda icra olunan özünüməşğulluq layihəsinə toxunub, kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıqdan danışıb.

OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...