\"Dünənlə müqayisədə biz çox inkişaf etmişik\" - MÜSAHİBƏ

\

 

"Günay Sığorta" şirkətinin Marketinq və İctimaiyyətlə əlaqələr üzrə direktoru Saida Fətullazadənin Fins.az-a verdiyini müsahibəni təqdim edirik.

 

 

 

"Günay Sığorta” növbəti illərdə bazar rəqabətinə necə davam gətirmək niyyətindədir?

 

Bilirsiniz ki, "Günay Sığorta” Azərbaycanın ilk özəl sığorta şirkətidir və 27 ildir ki, fəaliyyət göstərir. 27 il ərzində şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və müştərilərin inamını doğrultmuşdur. Ümumilikdə götürsək, 2019-cu il "Günay Sığorta” üçün çox uğurlu bir ildir. İstədiyimiz şəkildə həm yığım qismində, həm də şirkətin fəaliyyətinin tənzimlənməsi ilə bağlı qarşıya qoyulanbütün hədəflərə nail oluruq. Rəqabət getdikcə güclənməkdədir. Planlarımız çoxdur və indi danışmaq doğru olmazdı. Gələcəkdə bazar rəqabətinə davam gətirmək üçün yeni və rəqabətə davamlı məhsullar hazırlanır və sığorta ödənişlərinin daha qısa müddət ərzində verilməsi ilə bağlı sığorta hadisələrinin tənzimlənməsi proseduruna yenidən baxılır.

 

 

 

Saida xanım, sizin üçün sığorta sektorunun digər sahələrdən özəlliyi nədir?

 

Bu gün sığorta bazarı inkişafda olan sahələrdəndir. Boşluqlar olsa da, dünənlə müqayisədə biz çox inkişaf etmişik. Biz özümüzü Avropa ölkələri ilə müqayisə etsək, onların sığorta bazarının bizdən çox irəlidə olduqlarının şahidi olarıq. Çünki, Avropa ölkələrində sığorta bazarının tarixinə və Azərbaycandakı tarixinə baxsaq nəticəni görərik. Lakin biz özümüzü 5 il əvvəlki sığorta bazarı ilə müqayisə edə bilərik. Sığorta sektorunun özəlliyi fayda verməkdir. Sığorta insana çətin günlərində yardım etmək, dəstək olmaqdır. İnsanlara çətin günlərində dəstək olmaqdan gözəl hansı sahə ola bilər? Buna görə də sığorta daim ehtiyac duyulan və inkişaf edən bir sahə olaraq qalacaq.


 

Şirkətdə nə yeniliklər gözlənilir? Satış üsulları dəyişəcəkmi?

 

"Günay Sığorta” daim yeni məhsulları ilə bazarda tanınır. Bazar araşdırması edib bu il də yeni məhsullar təqdim etdik. Şirkətimizin sığorta portfelinin əsas hissəsini avtomobil, əmlak və səyahət sığortası məhsulları təşkil edir. Bu məhsullar üzrə hər bir müştəri seqmentinə fərdi yanaşmamız mövcuddur. Regionlarda və Bakıda yaşayan müştərilər üçün fərqli sığorta məhsulları təqdim edirik. Yenilənmiş 50/50 kasko sığorta məhsulumuz da bazarda müştərilərin marağına səbəb oldu. Bazar araşdırmamıza əsasən 3-lü əmlak sığortası məhsulumuz üzərində yenilənmə gedir və tezliklə yenilənmiş 3D (Daşınmaz əmlakın icbari sığortası, Daşınmaz əmlakın könüllü sığortası və Daşınar əmlakın sığortası) əmlak sığortası məhsulunu da müştərilərə təqdim edəcəyik. Satış prosesimizdə onlayn satışa üstünlük veririk. Texnoloji imkanlardan istifadə əlavə xərclərdən azad olunmaq imkanı yaradır. Hal hazırda müştərilər saytımızdan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını, Səyahət sığortasını onlayn əldə edə bilərlər. Saytımızda texniki işlər gedir və qısa zaman ərzində Daşınmaz əmlakın icbari sığortasını da müştərilərimiz onlayn əldə edə biləcəklər.


 

Facebookda "İnsurance Azerbaijan" qrupu yaratmaqla bağlı məqsədi nədir? Bu qrup "Günay Sığorta” şirkətinə aidiyyatı varmı?

 

Sığorta sahəsində maarifləndirməyə ehtiyac var və bununla bağlı qrupun faydalı olacağını düşündüm. Bu gün sığorta sahəsində kifayət qədər razı müştəri kütləsi var, sığorta haqqında məlumatlara ehtiyacı olan müştəri kütləsi var. Sığorta sahəsində neqativ xəbərlər çox yayılır və bu insanlarda şirkətlərə qarşı etibarı azaldır. Saytlarda razı qalan müştəri rəyi haqqında məlumat görməmişəm. Qrupun məqsədi sığorta sahəsinə fərqli yanaşma gətirmək, sığorta şirkətlərinin imicinə mənfi təsir göstərməyərək yaranan problemləri həll etmək və sığorta sahəsində peşəkar kadr axtaran şirkətlərin rahat kadr seçiminə nail olması, sığorta şirkətlərinin yeni məhsullarını, kampaniyalarını, müsabiqələrini əhaliyə çatdırması üçün şərait yaratmaqdır. Qrupun "Günay Sığorta” ilə bağlılığı yoxdur. Qrup bütün sığorta şirkətlərinin fəaliyyəti üçün nəzərdə tutulmuşdur və qrupa müxtəlif sığorta şirkətlərinin peşəkar kadrları toplaşmışdır.

 

 

 

- Bir müddət əvvəl sosial şəbəkədə status paylaşmışdız. Paylaşımda bildirmisiz ki, "heç kimin "bunu edə bilmərsən" sözünə aldanmayın”. Gələcəkdə özünüzün sığorta şirkəti və yaxud digər bir sahədə yaratmaqda bir planınız var?


 

Karyerama sığorta sahəsində başlamışam və bu sahədə davam etmək fikrindəyəm. İşlədiyim sığorta şirkətindən ayrılıb sığorta şirkəti qurmaq istəyim yarana bilməz. Lakin işimdən əlavə olaraq düşündüyüm bir sahədə də özümü sınamaq istəyərəm. İstənilən halda bunu gələcək göstərər.

 

Müəllif: Tuncay Türbəndəzadə



OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...