DTX-nin həbs etdiyi sabiq icra başçısı bu ittihamlarla tutulub
11:10 / 01.05.2020
3033
Ötən gün Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilən Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyevə qarşı istintaq orqanı tərəfindən hansı ittihamların irəli sürüldüyü məlum olub.
Sfera.az oxu.az-a istinadən xəbər verir ki, keçmiş başçı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma və mənimsəmə faktlarında təqsirli bilinib.
Qeyd edək ki, M.Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.