DTX-nın həbs etdiyi məmurun restoranının söküntüsü başladı - FOTO

DTX-nın həbs etdiyi məmurun restoranının söküntüsü başladı - FOTO
 
Bakının mərkəzində, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması Dövlət Xidmətinin həbs olunan rəisi Zakir Sultanova məxsus "Casual Brasserie” kafesinə qanunsuz əlavə edilmiş tikilinin-artırmanın söküntüsü işlərinə başlanılıb.
 
Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, bir müddət əvvəl şəhər rəhbərliyinin restoran və kafelərə edilən bütün əlavə artırmaların sökülməsi barədə qərarından sonra, "Torqovı”dakı "Casual Brasserie” yeganə obyekt idi ki, onun geniş şüşəli artırmasına toxunulmamışdı.
 
Diqqəti çəkən məqamdır ki, Zakir Sultanov rəhbərlik etdiyi qurumun ərazisini genişləndirərəkkən təkcə yolun piyadalar üçün hissəsini ələ keçirməmişdi, üstəlik "İtalyan həyəti” kimi məşhur olan yaşayış binasına keçidi də əngəlləmişdi. Nəticədə evin sakinləri su və qaz sayğaclarına çıxışdan məhrum olmuşdular.

Virtualaz.org bildirir ki, bu gün səhər saatlarında bir qrup fəhlə kafenin yerləşdiyi əraziyə gəlib və tikinti texnikasının köməyi ilə qanunsuz şüşə artırmanı sökməyə başlayıb. O da maraqlıdır ki, artırma bütün tikinti normalarına zidd olaraq inşa edilib. Xüsusilə, bütün kanalizasiya qovşaqları onun altında qalıb. Bu isə fövqəladə hallarda paytaxın kommunal xidmətlərini bu ərazidə şəhər kanalizasiya sisteminə çıxış imkanlarından məhrum etməkdi…


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...