DTX Heydər Əliyev adına Akademiyasının yeni saytı işə düşüb
15:44 / 23.09.2020
2512
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının yeni saytı (//akademiya.dtx.gov.az) işə düşüb.
Sfera.az xəbər verir ki, saytda akademiya ilə bağlı yeniliklər və aktual mövzular yerləşdiriləcək.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası – ali və əlavə təhsil proqramlarını həyata keçirən, dövlət təhlükəsizlik orqanları üçün xüsusi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.
Akademiya Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 1998-ci il tarixli 37 nömrəli Sərəncamı ilə yaradılmışdır.