No Image

DSX: Sərhəd pozucularından 20 kq narkotik götürülüb - FOTO

DSX: Sərhəd pozucularından 20 kq narkotik götürülüb - FOTO
 Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən Sfera.az-a verilən məlumata görə, 2 sentyabr 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində iki nəfərin dövlət sərhədini pozması müşahidə olunub.

Sərhəd zastavası "həyacan” komandasına qalxaraq xidməti ərazidə sərhəd axtarışı həyata keçirilib, nəticədə sərhəd pozucularından biri  Biləsuvar rayon Əsgərabad kənd sakini, 1991-ci il təvəllüdlü, İsmayılov Adil Totuxan oğlu üzərində 3 kq 265 qram heroinə, 3 kq 180 qram tiryəkə, 135 qram marixuanaya oxşar narkotik maddələr, 500 ədəd "Metadon”, 100 ədəd "Glibotex”, 210 ədəd "Gabaprel” psixotrop və güclü təsirli dərman preparatları ilə saxlanılıb.

Hadisə yerindən qaçmış digər sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilərək DİN Biləsuvar rayon polis şöbəsi ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu Əsgərabad kənd sakini, 1990-cı il təvəllüdlü Rəmiyev Musa Adıgözəl oğlu rayon ərazisində polis əməkdaşları tərəfindən 315 qram heroinə, 8 kq 225 qram tiryəkə, 2 kq 310 qram metafetaminə oxşar narkotik maddələrlə, 460 ədəd psixotrop və güclü təsirli dərman preparatları ilə saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan çempionu vətən uğrunda şəhid oldu - FOTO

 Atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, yeniyetmələr arasında Respublika Birinciliyinin qal...

Naftalanda bir ailənin beş üzvünün düşmən təxribatı ilə öldüyü evdən qandonduran görüntülər - FOTO)

Məlum olduğu kimi, ötən gün Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndinin sakini, 1951-ci il tə...

Naftalanda bir ailənin 5 üzvünün düşmən təxribatı ilə öldüyü evdən FOTOREPORTAJ

 Məlum olduğu kimi, ötən gün Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndinin sakini, 1951-ci...

Tərtərdə məhkəmə binası vuruldu - FOTOLAR

  Tərtər rayonunda məhkəmənin inzibati binası vurulub. Qafqazinfo-nun hadisə yerində olan əməkdaşının məlumatına görə, binaya ciddi ziyan dəyib. &n...

Bakıda qəza: YOL BAĞLANDI - FOTO

 Bakıda baş verən qəza nəqliyyatın hərəkətində sıxlıq yaradıb. Bakı Nəqliyyat Agentliyindən Sfera.az-a verilən məlumata görə, paytaxtın Koroğlu Rəhim...

Biləsuvarda yol qəzası olub, ölən və yaralananlar var - FOTO

 Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Biləsuvar şəhəri M.İbrahimov küçəsində qeydə alınıb. ...