No Image
No Image

“Döyüşdə fərqlənməyə görə” medalının əsasnaməsi təsdiqlənib

“Döyüşdə fərqlənməyə görə” medalının əsasnaməsi təsdiqlənib
Prezident İlham Əliyev "Döyüşdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnaməni təsdiqləyib.

Sfera.az-ın məlumatına görə, "Döyüşdə fərqlənməyə görə” medalı ilə döyüş şəraitində tapşırıqların icrası zamanı və həyat riski ilə əlaqəli xüsusi əməliyyatlar zamanı göstərilən fərqlilik, cəsarət və fədakarlıq, habelə döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsinə kömək edən bacarıqlı, təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş, eləcə də döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi zamanı tabeçilikdə olan bölməyə peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

"Döyüşdə fərqlənməyə görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Cəsur döyüşçü” medalından sonra taxılır.

"Döyüşdə fərqlənməyə görə” medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, biri digərindən kiçik olmaqla, biri digərinin üzərində yerləşdirilmiş, guşələrinin araları birləşən qövsvarı xətlərlə konturlanmış iki səkkizguşəli ulduz formalı 42 mm ölçülü lövhədən ibarətdir.

Medalın ön tərəfində səkkizguşəli ulduz formalı lövhənin üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "DÖYÜŞDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” sözləri yazılmışdır. Daxili çevrənin içərisində yerləşən, üzəri relyefli xətlərlə işlənmiş dairəvi lövhənin mərkəzində ikitərəfli hamar şüalı səkkizguşəli ulduz həkk olunmuşdur. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz vardır. Səkkizguşəli ulduz ilə "DÖYÜŞDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” sözləri arasında kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Qızılı rəngli xara lentin mərkəzində 5 mm enində tünd qırmızı rəngli şaquli zolaq təsvir olunmuşdur. Xara lentin sol və sağ kənarlarından mərkəzə doğru, biri digərindən 3 mm aralı, 3 mm enində tünd qırmızı və 2,5 mm enində yaşıl rəngli şaquli zolaqlar vardır. Xara lentin yuxarı hissəsinə üzərində milli ornamentlər təsvir olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Türkiyə F-16-ları hələ də Azərbaycandadır? – AÇIQLAMA

Qardaş Türkiyənin F-16-larının hələ də Azərbaycanda qalıb-qalmaması barədə sosial şəbəkələrdə müakirələr gedir.  Azərbaycan Prezidenti, Ali Baş Koman...

Ordumuzun Qars təliminə İrəvanın “cavabı”: təxliyə...

Ermənistan Türkiyənin Qars vilayətinə yaxın 2 kənddə köçürülmə-təxliyə təlimi keçirəcək. Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar ...

Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvarla bağlı paylaşım etdi

Türkiyə Milli Müdafiə Nazirliyi sosial şəbəkədə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar paylaşım edib. Sfera.az  xəbər verir ki, paylaşımda deyili...

İtaliya Bakını dəvət etdi, İrəvanı yox - Minasyan ermənilərə pis xəbər verdi

Azərbaycan G-20 sammitinə dəvət olunub, Ermənistan isə yox. Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan tele...

Baydenin Cənubi Qafqaz və Azərbaycan siyasəti Trampdan nə ilə fərqlənəcək?

"Cozef Bayden prezident səlahiyyətlərinin icrasına başlayır. O keçmiş prezident Donald Trampdan fərqli siyasət yürüdəcək".   Sfera.az xəbər verir ki, bun...

QMİ sədri: "Qorbaçov cəzasını almalıdır"

"20 Yanvar şəhidləri müstəqilliyimiz yolunda öz canlarını qurban veriblər". Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlman...