No Image
No Image

Döyüş iştirakçıları arasında təbliğat və təşviqat işləri davam edir - VİDEO

Döyüş iştirakçıları arasında təbliğat və təşviqat işləri davam edir - VİDEO
Döyüşlərdə iştirak edən hərbi qulluqçuların qələbə əzmini yüksəltmək məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilir.

Sfera.az  xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb:

"Qarnizonun İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən yaradılan təbliğat-təşviqat qruplarının şəxsi heyət qarşısında çıxışları təşkil olunur və konsert proqramları təqdim edilir. 

Bundan əlavə səsgücləndirici maşınlar vasitəsilə ümummilli lider Heydər Əliyevin və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ordumuz haqqında çıxışları, hərbi vətənpərvərlik mahnıları, eləcə də döyüşlər barədə operativ məlumatlar cəbhəboyu zonadakı yaşayış məntəqələrində səsləndirilir, vətənpərvərlik mövzusunda bədii və sənədli filmlər nümayiş olunur.

Bu tədbirlər döyüşən əsgər və zabitlərin mənəvi-psixoloji durumuna müsbət təsir göstərir, qələbə əzmini, döyüş ruhunu daha da artırır, mülki əhali tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanır".

OXŞAR XƏBƏRLƏR

Evinə dönən əsgərin övladı ilə qarşılaşması hər kəsi duyğulandırdı - VİDEO

Bildiyimiz kimi, ordumuzun 44 günlük zəfər yürüşündən sonra Azərbaycan inamlı qələbə qazanıb. Buna qədər isə Azərbaycanın igid oğulları vətənimizin bütövl...

Ermənistan bu əraziləri də Bakıya verməlidir - Rusiyalı ekspert + VİDEO

Həm Sovet İttifaqının dağılması zamanı, həm də ondan öncə Ermənistan ərazisində 4 Azərbaycan eksklavı mövcud olub. Üstəlik, hardasa bir qrup kənd, ayrı yaşayış ...

Əsgərimiz ona “məni həyatından sil” deyən qıza səsləndi – VİDEO

Əsgərimiz ona "məni həyatından sil” deyən qıza səsləndi: "Paşinyan Qarabağa durbinlə baxdığı kimi, sən də mənə elə baxacaqsan” Həmin videonu təqdim ...

Qızları 27 il sonra Allahverdi Bağırovun məzarı başında - VİDEO

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun hərbçi qızları atalarının işğaldan azad edilən, Ağdamda yerləşən məzarını ziyarət ediblər. Sfera....

Vətən müharibəsinin könüllüləri qayıdır - VİDEO

44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsinin könüllüləri evlərinə qayıdır. Sfera.az  xəbər verir ki, bunu əks e...

Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! – VİDEO

Azərbaycan, Ermənistan və Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənista...