Döyülən tərbiyəçi işdən çıxarıldı - VİDEO

Döyülən tərbiyəçi işdən çıxarıldı - VİDEO
Paytaxtın Xətai rayonundakı 3 saylı uşaq evində tərbiyəçi köməkçisi işləyən 1982-ci il təvəllüdlü Gülcan Nağıyeva Günay adlı valideyn tərəfindən döyülüb. Hadisəyə səbəb isə tərbiyəçinin valideynin oğlunu vurması olub.

Sfera.az Baku TV-yə istinadən xəbər verir ki, bu barədə anaya uşaq evindəki digər övladı, həmin vaxt yan otaqda olan qızı xəbər verib.

Hadisə istirahət günündə baş verib. Hadisə şahidinin sözlərinə görə, valideyni sakitləşdirməyə çalışsalar da, mübahisə yenidən qızışıb.

Uşaq evinin direktoru Məhbubə Hüseynova isə qeyd edib ki, özü də həmin uşaq evində böyüyən tərbiyəçi 10 ilə yaxındır burada çalışıb. Ancaq bu hadisədən sonra onunla bağlı ölçü götürülüb, işdən azad edilib.

Gülcan Nağıyeva həmin uşağa əl qaldırmadığını bildirib:

"Özüm 3 saylı uşaq evində böyümüşəm. Sizcə, mən o uşaqlara əl vuraram? O uşağa əl qaldırmamışam. Tərbiyəsiz sözlər danışdığı üçün başından itələdim”. 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

"Aktyordan prezident olmaz deyənlər Zelenskiyə baxsınlar" - Afaq Bəşirqızı

"Aktyordan prezident olmaz deyən adamlar bugünkü Zelenskiyə baxsınlar. Ondan insanlıq, mərdlik, kişilik öyrənsinlər".  Sfera.az xəbər verir ki, bunu ...

Ukraynadan təxliyə edilən azərbaycanlılar sabah Bakıya gətirilir

Ukraynanın müxtəlif şəhərlərində çıxılmaz vəziyyətdə qalan Azərbaycan vətəndaşlarının təxliyəsi çərçivəsində ilk təyyarə sabah Bakıya gələcək. Sfera.az xə...

Ukraynada yaşayan azərbaycanlılardan xəsarət alan olub? - RƏSMİ AÇIQLAMA

Qaynar xəttə daxil olan müraciətlər araşdırılır. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı Səfirliyindən məlumat verilib. Bildiril...

Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi həbs olundu - Baş Prokurorluq

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Ci...

Azərbaycanda bu vaksinin istifadəsi DAYANDIRILDI

Azərbaycanda indiyə qədər yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə edilən vaksinlərin bir qismi müəyyən yararsızlıq səbəblərindən məhv edilib. Ölkədə m...

Buster doza vurdurmayanlar qapalı məkanlarda cərimə oluna bilərmi? - RƏSMİ AÇIQLAMA

Fevral ayının 15-dən sonra elektron sistemdə bütün dozalar üzrə məlumatlar öz əksini tapıb. Sfera.az xəbər verir ki, "Peyvənd sertifikatı”nın "Etibarlılıq...