“Dövlət şirkətləri büdcəni talamaq üçün növbəyə durub. Cavab verin!” – Deputat \"od püskürdü\"

“Dövlət şirkətləri büdcəni talamaq üçün növbəyə durub. Cavab verin!” – Deputat \
 

"Dünən Prezidentin keçirdiyi müşavirədə səsləndirdiyi iradlar və çəkdiyi adlar ürəyimə su səpdi”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

O bildirib ki, vəzifəsini düzgün idarə etməyənlər kreslosunu boşaltmalıdırlar:

"Neft Şirkətinin vəzifəsi neftdən qazanılan pulları xalqın rifahı üçün xərcləməkdir. Neft şirkətinin nə deputatları, nə də xalqın nümayəndələrini ağ və qara dəriliyə bölməyə ixtiyarı yoxdur. İmişlinin 10 kəndi qazlaşmayıb, camaat çıxıb yolu da bağlayır, vecinə alan yoxdur. Məgər on il ərzində bir-iki kəndi qazlaşdırmağı plana salmaq olmazdı? Olardı. Amma, sərf etmir. Çünki, bütün məsələlərə hesab və kitabla baxılır və bu hesab-kitabın adı əyri yollar, əyri işlər və ziqzaqlı korrupsiya piramidasıdır. Hörmətli Rövnəq müəllim heç telefonu qaldırmır. Nəticəsi isə artıq görünür ki, çox ağır olacaq”.

Deputat Azərbaycan vətəndaşlarının təyyarə ilə xaricə Gürcüstandan uçmasına da irad bildirib: "Vətəndaşlarımız Azərbaycan dövlətinin, yəni Azərbaycan xalqının pulu ilə alınan təyyarələrlə niyə uçmamalıdır? Nədir-nədir, təyyarələr bahalıdır, təmizdir, yeyib-içmək verirlər və sairə. Cahangir müəllim, bu xalq çirkli təyyarədə də uçar, evindən apardığı yeməkləri yeyər, narahat kresloda da oturar. Guya 2-3 saat rahat kresloda otursa, həyatı dəyişəcək? Həyatı dəyişənlər sizsiniz. Dövlətin büdcəsi ilə özünüzə biznes qurmusunuz və dövlətin şirkətlərini də şəxsi firmanız kimi idarə edirsiniz. Bu biabırçılıqdır. Dövlət şirkətləri dövlətin büdcəsini talamaq üçün növbəyə durub. Siz pul qazanıb kreditlərinizi ödəməlisiniz, hələ dövlətə vergi də verməlisiniz. Qiymətlər göyün yeddinci qatında, hər kəs də digər aviaşirkətlərlə uçur və elə hallar olub ki, siz təyyarədə 2-3 nəfərlə ancaq elə özünüz uçmusunuz. Kimin pulu ilə? Cavab verin”.

Deputat nəzərə çatdırıb ki, "Azərsu”, "Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı da iradlarını bir neçə gün sonra səsləndirəcək:

"Vaxt azdır, amma bəzi sənədləri əldə etmək istəyirəm və mütləq o sənədləri əldə edib, canlı yayımda nümayiş etdirəcəm”.


OXŞAR XƏBƏRLƏR

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.   Sfera....

Hakimin sinif yoldaşı olduğunu görüb göz yaşlarına boğulan məhbus - VİDEO

2015-ci ildə Artur But adlı şəxs oğurluqda ittiham olunaraq hakim qarşısına çıxıb. Hakimin orta məktəbdə sinif yoldaşı Mindi Qleyzer olduğunu anlayanda göz yaşl...