\"Dövlət İstintaq Komitəsi yaradılmalıdır\" — Deputatdan TƏKLİF

\
 Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədrinin müavini Qüdrət Həsənquliyev icra başçılarının həbsindən danışıb, qanunvericiliyin təkmilləşdirilməsi üçün bir sıra təkliflər səsləndirib.

 

Sfera.az xəbər verir ki, Q.Həsənquliyev oxu.az-a açıqlamasında deyib ki, son zamanlar yüksək çinli məmurların rüşvətxorluğa görə cinayət məsuliyyətinə cəlb olunmasını təqdir edir.

 

Deputat söyləyib ki, həbslərlə paralel, cinayətkarlığı doğuran səbəb və şərait ciddi təhlil olunmalıdır.

 

Onun fikrincə, qanunvericiliyi təkmilləşdirməklə büdcə vəsaitlərinin oğurlanmasının qarşısını almaq üçün effektli mexanizmlər yaradılmalıdır.

 

Q.Həsənquliyev Məhkəmə-Hüquq Şurasının tərkibinin dəyişdirilməsi ilə bağlı da təklif verib.

 

"Hakimlər özlərini Ədliyyə Nazirliyinin əməkdaşları kimi hiss etməməlidir. Buna görə də hakimlərin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yalnız hakimlərdən təşkil olunmalıdır”, - deyən Q.Həsənquliyev daha sonra əlavə edib:

 

"Aşağı instansiya məhkəmələrinin bilə-bilə ədalətsiz qərarlar qəbul edən hakimləri haqqında yuxarı instansiya məhkəmələrinin xüsusi qərarlar qəbul etməməsinə görə ciddi məsuliyyət nəzərdə tutulmalıdır”.

 

Deputat hesab edir ki, Ali Məhkəmə Pleniumunun əlavə kassasiya instansiyası qaydasında işlərə baxması Konstitusiyaya ziddir.

 

O, bütün növ xüsusi məhkəmələrin ləğv olunmasının da zəruriliyinə diqqət çəkib:  

 

"İşlərə baxış zamanı çəkişmə prinsipi tam təmin olunmalıdır. Hakimlər bütün hüquq sahələri üzrə zəruri biliklərə sahibdirlər. Bu isə xüsusi məhkəmələrin mövcudluğunu lazımsız edir”, - deyə o əlavə edib.

 

Millət vəkili ədliyyə naziri və baş prokuror vəzifələrinin birləşdirilməsini, əvəzində Dövlət İstintaq Komitəsinin yaradılmasını da təklif edib:

 

"Yaxşı olardı ki, ABŞ-da olduğu kimi, ədliyyə naziri və baş prokuror vəzifələri birləşdirilsin və Dövlət İstintaq Komitəsi yaradılsın.

 

Dövlət İstintaq Komitəsinin yaradılması ona görə vacibdir ki, istintaq aparan orqan həm də məhkəmədə dövlət ittihamını müdafiə etməsin”.

OXŞAR XƏBƏRLƏR

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...