No Image
No Image

"Dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkilə ödənilən vəsait artırılmalıdır" - Ombudsman Aparatı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin artırılması ilə bağlı təkliflərə münasibət bildirib.

Ombudsman Aparatından "Sfera.az-a bildirilib ki, ötən dövrlərdə Ombudsman vəkilin dövlət hesabına göstərdiyi hüquqi yardımın hər bir saatına ödənilən məbləğin 0.99 manat olduğunu nəzərə alaraq, həmin məbləğin reallığa müvafiq olaraq bir neçə dəfə artırılmasını təklif edib: "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 saylı Qərarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 yanvar tarixli, 21 nömrəli Qərarına dəyişiklik edilərək həmin məbləğ artırılaraq 2 manat müəyyən edilmişdi. Hüquqi yardımın keyfiyyətini artırmaq məqsədilə Ombudsmanın növbəti təklifindən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli, 202 nömrəli Qərarına əsasən, müvafiq qərara dəyişiklik edilərək qeyd edilən məbləğ 2 manatdan 6 manata qaldırılmışdır".

Qeyd olunub ki, müvafiq məbləğin artırılması maraqlı tərəf kimi həm vəkilin göstərdiyi hüquqi yardımın keyfiyyətinin artırılmasında, həm də hüququ müdafiə edilən şəxsin keyfiyyətli hüquqi yardım almasında böyük əhəmiyyət daşıyır.

"Ombudsman hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha etibarlı müdafiəsi və səmərəli təmin edilməsi məqsədilə vəkilə ödənilən haqqın hər iş saatı üçün məbləğinin artırılmasını məqsədəmüvafiq hesab edir", - deyə Ombudsman Aparatından bildirilib.

Qeyd edək ki, daha öncə Milli Məclisin deputatları Bəhruz Məhərrəmov, Zahid Oruc, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, Bakı Apelyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı dövlət hesabına göstərilən hüquqi yardımın keyfiyyətinin artırılması və vəkillərin stimullaşdırılması üçün bu məbləğin artırılması barədə təkliflərlə çıxış etmişdi. 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

AzTV-də audit yoxlaması aparılır

"Azərbaycan Televiziya və Radio Verilişləri"Qapalı Səhmdar Cəmiyyətində (AzTV) audit yoxlaması aparılır. Sfera.az xəbər verir ki, bu barədə AzTV-nin Sosia...

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat e...

Xəzərdə hava şəraiti necə olacaq? - Agentlik

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidr...

Daha 2 korona xəstəsi ictimai yerlərdə aşkarlandı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən mayın 7-də respublika ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb....

Baş nazir Əli Əsədov qərar imzaladı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərin...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 856 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata...