“Dövlət əmlakı özəlləşdirilərkən elə şərtlər irəli sürülür ki...” – Ceyhun Osmanlı

“Dövlət əmlakı özəlləşdirilərkən elə şərtlər irəli sürülür ki...” – Ceyhun Osmanlı

"Elnur Əliyev və Mətin Eynullayevi hələ Təhsil Nazirliyində işlədikləri zamandan rüşvət, korrupsiyaya qarşı ciddi fəaliyyəti ilə xatırlayıram. Hər ikisini İqtisadiyyat Nazirliyində yeni təyinatları münasibətilə təbrik edirəm. Xüsusilə Mətin Eynullayevin Dövlət əmlakının özəlləşdirilməsindən cavabdeh olan istiqamətə rəhbərliyi yeni dövrün çağırışları baxımından önəmlidir”.


Sfera.az xəbər verir ki, bu sözləri yeni təyinatlara münasibət bildirərkən Yaşıllar hərəkatının təsisçisi, sabiq millət vəkili Ceyhun Osmanlı bildirib. O eyni zamanda dövlət üçün yükə çevrilən, dotasiyada olan, rentabelli olmayan bütün sahələrin özəlləşməyə çıxarılması vacibliyinə toxunub:


"Dövlət təşkilatları bizneslə məşğul olmalı deyil. Bizneslə biznesmenlər məşğul olmalıdır. Dövlətə yük olan, dotasiyada olan, rentabelli olmayan bütün sahələr özəlləşməyə çıxarılmalıdır. Bəzən hansısa rayonda dövlət əmlakı özəlləşdirilərkən elə şərtlər irəli sürülür ki, biznesmen düşünür ki, bu pulu vermək əvəzinə gedim başqa ölkəyə daha güzəştli şərtlərlə yatırım edim. Sahibkara elə şərait yaradılmalıdır ki, kapitalını ölkədə saxlamaqdan qorxmasın, əksinə ruhlansın. Bir misal verim. Gəncə, Yevlax, Lənkəran aeroportlarının dövlət balansında olub ziyanla çalışmasının və ya maşınqayırma zavodlarının dövlət balansında zərərlə çalışmasının nə mənası var? Özəlləşmə həm dövlət büdcəsinə gəlir gətirmək, həm də o sahələrin özəl biznesə açılaraq rentabelli olması və daha çox iş yerlərinin açılması baxımından önəmlidir”.


OXŞAR XƏBƏRLƏR

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...