No Image
No Image

Dövlət Baxçalı Şuşada məktəb tikdirmək niyyətindədir

Dövlət Baxçalı Şuşada məktəb tikdirmək niyyətindədir
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şuşada Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən ibtidai məktəb açılmasını təklif edib.

Sfera.az xəbər verir ki, bu barədə MHP lideri özünün Twitter səhifəsində açıqlama yayıb: "Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın icazəsi varsa və Azərbaycan Prezidenti cənab İlham Əliyev bunu məqsədəuyğun hesab edərsə, Şuşada şəxsən mənim göstərişimlə doqquz fənn üzrə ibtidai məktəb inşa etmək bizim məqsədimizdir”.  

MHP lideri keçən il Qarabağın işğaldan azad olunmasını türk millətinin son illərdə əldə etdiyi ən böyük qələbə adlandırıb və bununla sevinc və qürur duyduqlarını ifadə edib: "Qarabağın əsas mərkəzi olan Şuşanın 8 Noyabr 2020-ci ildə xilası terrorçu dövlət Ermənistanın şikəst xəyallarını məhv etdi. Şuşa strateji mövqedən əlavə o qədər də Türk mədəniyyəti və tarixinin simvolu olan bir yerdir. Azərbaycanın mədəniyyət və incəsənət həyatının mənbələrindən biri olan Şuşanın inkişafı və burada yaşayan Türk uşaqlarının gələcəyini təmin etmək bizim mənəvi məsuliyyətimizdir, bu qədim türk şəhərinin təhsil və təlim həyatına dəstək vermək əvəzolunmaz borcumuzdur”.

Dövlət Baxçalı Azərbaycan himninin sözlərinin müəllifinin şair Əhməd Cavada, musiqisinin isə Üzeyir Hacıbəyliyə məxsus olduğunu xatırladaraq, yanvarın 30-da məktəbin ilk təməlinin qoyulmasını arzu etdiklərini bildirib. 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

DİM müzakirələrə səbəb olan imtahan sualına aydınlıq gətirdi – AÇIQLAMA

"Ali tәhsil müәssisәlәrinin vә Azәrbaycan Milli Elmlәr Akademiyasının magistraturalarına 2021-ci ilin 28 fevralında keçirilmiş qəbul imtahanında bakalavrlara tə...

Peyvənd olunmayan müəllimlər cəzalandırılacaq? - RƏSMİ AÇIQLAMA

"Təhsil müəssisələrinin pedaqoji və texniki heyətinin vaksinasiya prosesi məcburi deyil”. Sfera.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ...

İdarə müdirindən məktəblərin bağlanması ilə bağlı iddialara CAVAB

Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məktəblərin bağlanması ilə bağlı iddialara münasibət bildirib. Sfera.az  xəbər verir ki, o, jur...

Direktorların işə qəbulu ilə bağlı AÇIQLAMA

Bu ilin 6-7 mart tarixlərində direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi sanitar-epidemioloji tələblərə uyğun olaraq 25 imtahan mərkəzind...

Karantinə görə bağlanmış bu məktəb açılır

Martın 4-də paytaxtdakı 82 nömrəli tam orta məktəbdə əyani tədris prosesi bərpa olunur. Sfera.az xəbər verir ki, bu barədə  Bakı Şəhər Təhsil İdarəs...

Nazir qalmaqallı direktora vəzifə verdi - FOTOLAR

Ağdaş Regional Mədəniyyət İdarəsinə rəis təyin edilib. Sfera.az  xəbər verir ki, mədəniyyət naziri Anar Kərimovun əmri ilə bu vəzifəyə Mingəçevir Döv...