Dövlət başçısı: “Dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci yerdədir”

Dövlət başçısı: “Dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci yerdədir”
 "2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilmişdir. Hesab edirəm ki, bu, tarixi hadisədir. Təsadüfi deyil ki, bu yola "Dəmir İpək yolu” deyilir. Bu layihə qitələri birləşdirir. Azərbaycan Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu ilə 2020-ci ilin ilk altı ayında daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur".

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla videokonfrans vasitəsilə görüşü zamanı bildirib.

"Ölkə daxilində dəmir yolu infrastrukturu yenilənir. Davos İqtisadi Forumunun son hesabatında dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci yerdədir. Bütövlükdə Davos Forumunun hesabatında nəqliyyat infrastrukturunun səviyyəsinə görə Azərbaycan dünyada 34-cü yerdədir.

Şərq-Qərb nəqliyyat dəhlizi artıq tam şəkildə fəaliyyət göstərir. 2019-cu ildə bu dəhlizlə 8,7 milyon ton yük daşınmışdır. Bu ilin ilk dörd ayı ərzində bu rəqəm artıq 3 milyon tona çatmışdır. Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Dəhlizin Azərbaycan seqmentində bütün işlər başa çatdırılmışdır. Bu dəhliz vasitəsilə keçən il 2,1 milyon ton, bu ilin ilk dörd ayı ərzində isə 800 min ton yük daşınmışdır. Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan Əfqanıstan və Türkmənistanla əməkdaşlıqda müsbət nəticələr əldə etmişdir. Mənim 2018-ci ilin noyabr ayında Türkmənistana rəsmi səfərim zamanı imzalanmış 21 sənəd arasında 9 sənəd nəqliyyat sektoruna aiddir. 2020-ci ilin birinci yarısında Ələt Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistan və əks istiqamətdə 1,5 milyon tondan çox yük aşırılmışdır. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz çoxdur. Aşırılan quru yükün həcmi 7,7 dəfə artaraq 370 min tondan çox olmuşdur. Türkmənistan tərəfi limanda tikilməsi nəzərdə tutulan gübrə terminalının idarə olunması üzrə yaradılacaq konsorsiumda iştiraka dəvət edilmişdir", - Prezident qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Aprelin 16-sı Ümumdünya Səs Günüdür

Səs gününün qeyd olunmasına 1998-ci ildə Braziliya Lorinqologia və Səs Cəmiyyətinin təşəbbüsü ilə başlanılıb.   Sfera.az xəbər verir ki, 2002-ci ildə...

10 martda imtahan vermiş şagirdlərin NƏZƏRİNƏ! - Nəticələr AÇIQLANDI

10 martda keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Sfera az-a Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak edən 11-ci ...

Kopenhagendə tarixi bina yanır - VİDEO

Danimarkanın paytaxtı Kopenhagendə ən məşhur tikililərdən biri hesab olunan keçmiş fond birjasının binasında güclü yanğın baş verib.   Sfera.az xəbər...

Azərbaycanda insan hüquqlarının qorunması beynəlxalq tələblərə uyğunlaşdırılır

Azərbaycan dövlətinin ali məqsədi vətəndaşlarının insan hüquq və azadlıqlarının təmin edilməsidir.  Sfera.az xatırladır ki, dövlət müstəqilliyinin bər...

Bu klublar Qurban Qurbanovla MARAQLANIR: "Mütəxəssislə təmas olub, yaxın günlərdə..."

Bu mövsüm Avropa Liqasındakı uğurlu çıxış "Qarabağ"ın diqqət mərkəzinə düşməsinə səbəb olub.   Sfera.az Offsideplus.az-a istinadən xəbər ve...

Beynəlxalq axtarışda olan şəxslər Azərbaycana ekstradisiya EDİLDİ

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib.   Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat ver...