Dövlət araşdırır, onlar da cəzasını alacaq - Aqil Abbas

Dövlət araşdırır, onlar da cəzasını alacaq - Aqil Abbas
 Bir müddət əvvəl ölkədə 5 icra başçısının həbsi, davam edən DTX əməliyyatları, ifşa edilən korrupsiya əməlləri bir sıra məmurları təşvişə salıb. Dövlət rəsmiləri, millət vəkilləri də tez-tez bu həbslərin davam etdiriləcəyi, DTX-nın "qara maskalı” əməkdaşlarının başqa qapıları da döyəcəyi mesajını verməkdədilər. 

Sfera.az xəbər verir ki, növbəti belə əməliyyat Zərdab Rayon İcra Hakimiyyətində baş tutdu. Belə ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının əməliyyatı nəticəsində İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədov, İcra Hakimiyyəti Başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə keçmiş nümayəndəsi Rahim Xəlilov, həmin kəndin hazırkı Bələdiyyə sədri Sahib Xəlilov saxlanılıb.  

Bəs görəsən, Azərbaycanda hansı rayon, sahə və ya qurumda belə islahatlara, təmizlənməyə ehtiyac var? Korrupsiyayla mübarizə aparanlar daha kimin qapısını döyməlidir?

Aqil Abbas hit.az-a açıqlamasında bildirib ki, hər bir qurumda, təşkilatda mütləq kimsə əyri yollara əl atır və onlar da zaman-zaman öz cəzalarını alırlar: "Son gün Zərdabda bir icra nümayəndəsini, bir bələdiyyə sədrini tutublar. Yəni, göründüyü kimi, dövlət araşdırır, prokurorluq işləyir. Kimin iş yerində korrupsiya, rüşvət halları baş verirsə, əvvəl-axır onlar cəzasını alacaq. Hazırda hansı sahədə bu hallar var, onu mən dəqiq deyə bilmərəm". 

OXŞAR XƏBƏRLƏR

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...